Şənbə, 18 May

Dünyanın ən böyük qara almazı hərraca çıxarıldı

image

Böyük Britaniyanın “Sotheby's” hərrac evi dünyanın ən böyük qara almazını auksiona çıxarıb.

Xəbər verilir ki, Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almaz fevralın 3-9-da onlayn hərraca çıxarılıb.

İçərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yer üzünə düşməsi nəticəsində əmələ gəldiyi düşünülən qara almaz fevralın 10-da yeni sahibini tapacaq.

1990-cı illərdə hazırkı sahibi tərəfindən satın alınarkən xam halında çəkisi 800 karat olan “Enigma” üç illik emaldan sonra son formasını alıb. Yaxın Şərqdən ilhamlanaraq hazırlanan, xurma şəklində kəsilmiş “Enigma”nın təxminən 3-5 milyon funt sterlinqə alıcı tapacağı gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41