Çərşənbə axşamı, 30 Aprel

“Kiçik qız Xocalı faciəsini “story”lərinə çəksəydi, nələri görərdik?!”

image

Aktyor Əlixan Rəcəbov yeni layihəsi Xocalı faciəsinə həsr olunub.

Məlumata görə, çəkilişləri başlayan videolayihədə baş rolu Nəzakət Heydərova oynayacaq.

Əlixan Rəcəbov “Sevinc Stories” adlanan ekran işinin “Eva Stories” layihəsinin adaptasiyası olduğunu bildirib:

“Layihə kiçik bir qızın gözləri ilə “Xocalı faciəsi”nə baxışıdır. Əgər 1992-ci ildə İnstaqram olsaydı və kiçik bir qız bütün olanları “story”yə çəksəydi biz nələri görərdik?! Elə bu sual üzərindən yola çıxıb, baxacağınız story və postları çəkib, sizinlə paylaşacağıq.

https://azadsoz.com/M0/1/2022/02/images/20220203_093109_1643866269_fd36cf9cd2.jpg

Personajlar, sujet xətti xəyal məhsulu olsa da, faciə real hadisələr əsasındadır”.

Qeyd edək ki, N.Heydərova 9 yaşlı Sevinci canlandıracaq. O, bundan öncə “Zəhər tuluğu” filmində oynamışdı.

Onu da bildirək ki, layihə ilə bağlı ilk postlar artıq İnstaqramda paylaşılıb. Ekran işinin orijinal versiyası “Eva Stories” isə Holokost faciəsinə həsr edilmişdi.

https://azadsoz.com/M0/1/2022/02/images/20220203_093115_1643866275_deea7b808e.jpg

https://azadsoz.com/M0/1/2022/02/images/20220203_093105_1643866265_f73171177e.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42