Cümə, 26 Aprel

Azərbaycanın media vadisi – Nahid Canbaxışlı kimdir?

image

“Azərbaycanın media vadisi” rubrikası oxuculara Azərbaycan media məkanında öz peşə bacarıqları ilə fərqlənən və ciddi informasiya resurslarına rəhbərlik edən şəxsləri daha yaxından tanıtdırmağı hədəfləyir. Azərbaycanın rəngarəng media vadisini təqdim edərkən açıq mənbələrdə yer alan məlumatlara istinad etdiyimizi və subyektiv şərhlərə yer vermədiyimizi bəyan edirik.

“Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı jurnalistika sahəsinə 90-cı illərin sonunda qədəm qoyub. İlk olaraq “Olaylar” qəzetində vətənpərvərlik mövzularında yazılar yazan Nahid Canbaxışlı ilk ciddi media təcrübəsinə “Rezonans” qəzetində başlayıb.

Daha sonra “Rezonans” qəzetinin bağlanması ilə Nahid Canbaxışlı “Olaylar”, “Həftə içi” adlı qəzetlərdə sosial-siyasi mövzularda yazılar qələmə almağa başlayıb. Qısa müddətdə media sahəsində fərqlənməyi bacaran Nahid Canbaxışlı “Həftə içi” qəzetində çalışdığı vaxtlarda Xarici İşlər Nazirliyində və Milli Məclisdə akkreditə olunmuş jurnalist kimi fəaliyyət göstərib. 2012-ci ilin martında isə o, müstəqil fəaliyyət göstərən “Veteninfo.az” saytını açıb.

Nahid Canbaxışlı 2012-ci ildə Həmkarlar İttifaqların Konfederasiyasının elan etdiyi müsaqibədə qalib gəlib və pul mükafatı qaznıb. O, daha sonra 2013-cü ildə keçmiş icra başçısı Vilyam Hacıyevlə məhkəmə prosesindən qalib çıxması ilə gündəmə gəlib. Bu illər əzində öz peşə bacarıqları ilə media sahəsində seçilən jurnalistlərdən olan Nahid Canbaxışlıya Əli Həsənov tərəfindən 2017-ci ildə jurnalistlər üçün tikilən ikinci binadan ev verilib.

Bütün bunlarla yanaşı Nahid Canbaxışlı ilə bağlı bəzi iddialar da mövcuddur. Belə ki, onun karyerasında bir anda bu qədər yüksəlməsinin əsas səbəbinin yaxşı qohumluq əlaqələrinin olması ilə bağlı fikirlər səsləndirilir. Nahid Canbaxışlının Baş nazir Əli Əsədovun əmisi nəvəsi olduğu və aralarında qohumluq bağları mövcud olduğu, eyni zamanda onun atasının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin atası ilə əmioğlu olması ilə bağlı da iddialar mövcuddur.

Rəsmi təsdiqini tapmayan bir digər iddiaya görə isə Nahid Canbaxışlı Milli Məclisə akkreditasiya olunduğu vaxtlarda bəzi deputatlala şəxsi əlaqələrini inkişaf etdirib və yaxın münasibətlər formalaşdırıb. Lakin onun deputatlarla bu cür yaxın münasibətləri qohumlarının xoşuna gəlməyib. Belə ki, qohumları ona deputatlarla bu qədər yaxın əlaqələr qurmamasını bildirib və bunun müqabilində maliyyə yardımı təmin edəcəyini qeyd edib. Nahid Canbaxışlı ilk olaraq təkliflə razılaşsa da, qısa müddət sonra yenidən ikitərəfli münasibətlərini inkişaf elətdidirib. İddialara görə, qohumları məhz bu səbəblə ondan üz döndərərək maliyyə yardımını kəsiblər.

Oxşar qəbildən olan iddialar arasında Nahid Canbaxışlının 2017-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildiyi qeyd olunur. Yalnız Ramiz Mehdiyevin araya girməsi ilə azad olunan Nahid Canbaxışlının həbsinin əsas səbəbinin qələmə aldığı bəzi yazılar olduğu iddia edilir. İddialarda həmçinin bu yazıların əsas sifarişçisinin Səttar Mehbalıyevin keçmiş MTN-də işləyən qardaşı olduğu qeyd olunur.

Növbəti yazılarımızda media vadisinin digər tanınmış simaları barədə də məlumatlar dərc ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33