Şənbə, 18 May

Çovğunda itkin düşən zabitimizin FOTOLARI YAYILDI

image

Xəbər verdiyimiz kimi, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun ərazidə istiqaməti itirərək azan 4 hərbi qulluqçudan biri baş leytenant Bağırov Fuad Allagverdi oğlunun axtarışları davam etdirilir.

Məlumata görə, Fuad Bağırov əslən Şirvan şəhərindən olsa da, ailəsi ilə Gəncədə yaşayır. Onun bir qız, bir oğul övladı var. Zabitimizin qızı 3 ay öncə dünyaya gəlib.

Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41