Çərşənbə axşamı, 19 Mart

Rusiyada azərbaycanlılar atışma törədib

image

Petropavlovsk-Kamçatskidə yerli sahibkarlar və ziyarətçilər arasında topdansatış bazasında münaqişə baş verib. Münaqişə zamanı silahlardan istifadə edilib.

Yerli “Kam 24” xəbər agentliyi vəziyyətlə tanış olan kamçatkalı sahibkarlardan birinə istinadən yazır ki, münaqişə Azərbaycandan olan miqrantlar arasında baş verib. Bir tərəfdən bazada işləyən sahibkarlar, digər tərəfdən Moskvadan gələnlər var idi. Onlar alverçilərdən külli miqdarda pul tələb ediblər. Sahibkarlar isə həmin pulu ödəməkdən imtina ediblər. Nəticədə dava baş verib. Ziyarətçilər travmatik tapançadan atəş açıblar. Bununla belə, onlar daha sonra bazanı tərk etməli olublar.

Hər iki tərəfdən qarşıdurma nəticəsində bir neçə nəfər ağır yaralanıb. Sosial şəbəkələr ölənlərin olduğunu yazır, lakin Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi bunu təkzib edib.

Polis hadisəni törədənlərə qarşı cinayət işi açıldığını bildirib. Reketçiləri 15 ilə qədər həbs gözləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11