Bazar, 12 May

“PKK müttəfiqdir, İran və Rusiya isə...” - Avropa Parlamentindən şok qərar

image

Avropa Parlamenti (AP) Suriyadakı vətəndaş müharibəsinin 10-cu ildönümü ilə əlaqədar “Suriya münaqişəsi: Qarşıdurmadan 10 il sonra” adlı qərar layihəsini qəbul edib.
 
Aftafa.tv xəbər verir ki, layihədə Suriya xalqının demokratik tələbləri və ölkənin birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək verildiyi, BMT-nin siyasi həll səylərinə Əsəd rejimi tərəfindən maneə törədildiyi bildirib.
 
Avropalı deputatlar Suriyadakı mövcud durumun həyəcanverici və BMT-nin rəhbərliyi altında atəşkəsə nəzarət mexanizminin qurulmalı olduğunu deyiblər.
 
Layihədə Əsəd rejimi ilə yanaşı, onun müttəfiqləri Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsi tələbi irəli sürülüb.
 
Layihədə Rusiya, İran və Hizbullah terror təşkilatına bağlı qüvvələrin Suriyadan çıxarılması çağırışı yer alıb. Eyni zamanda, Rusiyanın hücumlarında 2 min uşaq da daxil olmaqla, 6900 insanın həlak olduğu diqqətə çatdırılıb.
 
Avropalı parlamentarilər İŞİD-ə qarşı mübarizədə Suriya Demokratik Qüvvələri və YPG/PKK kimi terror təşkilatlarını “müttəfiq” adlandırıblar.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44