Bazar, 19 May

61 yaşlı kişi velosipeddən yıxılaraq öldü

image

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi  ölüb.

Məlumata görə ,hadisə rayonun Yeni Suvagil kəndində  baş verib.

Belə ki, Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq cərrahiyyə əməliyyatına qaldırılan M. Pirimov həkimlərin səyinə baxmayaraq  əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41