Şənbə, 18 May

Qazaxıstanda iğtişaşlarda ölən hərbçilərin sayı açıqlandı

image

Qazaxıstanda kütləvi iğtişaşlar zamanı ölkənin Milli Qvardiyasının 2 hərbi qulluqçusu həlak olub.

Xəbər verilir ki, bu barədə məlumatı bu gün Milli Qvardiyanın Mətbuat xidməti yayıb. 

Daha 7 hərbçi xəsarət alıb. Onlardan ikisi güllə yarası alıb. Digər 5 hərbçi isə müxtəlif xəsarətlərlə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Eyni zamanda, Almatı və Şımkentdə ictimai asayişi bərpa edərkən 216 hərbçi yaralanıb.

İğtişaşlar zamanı 50 hərbi texnikaya zərər dəyib, 8 avtomobil yararsız hala düşüb.

Xatırladaq ki, ölkədə kütləvi etiraz aksiyaları nəticəsində təhlükəsizlik qüvvələrinin 18 əməkdaşı həlak olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41