Bazar, 19 May

ADMİU-da tələbələrə qarşı biabırçı addım - Fotolar

image

Son günlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti qalmaqallı qərarla gündəmə gəlib. Belə ki, Universitet rəhbərliyi tərəfindən təhsil haqqlarını tam ödəyə bilməyən tələbələr haqqında açıq şəkildə alçaldıcı təbirlərin həyata keçirilməsi barədə qərar verilib.

Qərara əsasən təhsil haqqlarını ödəməyən və ya ödəyə bilməyən tələbələrin adları Universitetin koridorlarında yazılaraq nümayiş olunur. Həmin Universitetdə təhsil alan tələbələrdən əldə etdiyimiz məlumata görə, qərar birbaşa Universitet rəhbərliyi tərəfindən verilib.

Adları nümayiş olunan tələbələrin bir çoxu maddi imkansızlıqdan dolayı təhsil haqqını ödəyə bilməyən və ya müəyyən bir hissəsini ödəmiş tələbələrdir. Lakin Universitet rəhbərliyi təhsil haqqının tam şəkildə ödənilməsini tələb edir və tələbələrə güzəşt etməkdən imtina edir. Bir çox tələbə təhsil haqqlarını tam ödəmək üçün işləməyə məcbur olur və bu da onların dərslərdən yayınmasına, təhsil keyfiyyətinin aşağı olmasına səbəb olur. Lakin təəssüf ki, Universitet rəhbərliyini təhsilin keyfiyyəti yox, məhz pul maraqlandırır.

Görünən odur ki, Universitet rəhbərliyi başa düşmür ki, tələbə də bir şəxsiyyətdir və məsələni bu formada ictimailəşdirməklə əslində tələbələri universitetdə alçaltmış olur.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41