“Əfqanıstan” üzrə 530 nəticə tapıldı
Çində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Taliban” hökumətinin XİN rəhbəri Əmir Xan Muttaki ilə görüşüb. Xəbər verilir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. Görüş Əfqanıstana qonşu dövlətlərin (Rusiya, ÇİN, İran, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan) XİN rəhbərlərinin konfransı çərçivəsində baş tutub.
Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz “Youtube” kanalında rusiyalı hərbçilərin telefon danışıqlarını əks etdirən növbəti səs yazılarını paylaşıb. Səs yazılarının birində rusiyalı hərbçi dostu ilə söhbətdə necə “dolandıqlarını” danışır. “Heç nə vecmizə deyil (söyüşləri ədəbi dildə tərcümə edirik – red.), evlərə girib güllələyirik, nə tapdıq götürürü
ABŞ Əfqanıstan ordusunun keçmiş əsgərlərini Ukraynadakı döyüş bölgəsinə göndərməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Ukraynaya 400 nəfərə qədər əfqan döyüşçü göndəriləcək və onlara ABŞ silahı veriləcək.
“Taliban” Əfqanıstan dövlət bayrağını rəsmən qadağan edib. Bu barədə hərəkatın yaydığı bəyanatda bildirib. Sənədə əsasən, indi ölkədə və onun hüdudlarından kənarda bütün dövlət qurumları təşkiltaın ağ bayrağından istifadə etməlidirlər. Qərara görə, “Taliban” rəsmilərinin ictimai yerlərdə üçrəngli bayraqla görünməsinə icazə verilmir.
Rusiyanın Ukraynada üç həftəlik müharibədə verdiyi itki Birləşmiş Ştatların 20 ildən çox müddət ərzində Əfqanıstanda və İraqdakı itkilərindən çoxdur. ABŞ və Britaniya kəşfiyyatları indiyədək Rusiyanın 7 mindən çox əsgərinin öldürüldüyünü, 14-21 min arası hərbi qulluqçunun isə yaralanaraq sıradan çıxdığını açıqlayıblar. ABŞ rəsmiləri və müstəqil təhlilçilər itki sayını döyüşlərin peyk təsvirləri və
Taliban hərəkatı Əfqanıstanda istənilən xarici serialın nümayişini rəsmən qadağan edib. Xəbər verilir ki, bu barədə Taliban Mədəniyyət Komissiyasının və Qadağalar Nazirliyi rəsmilərinin Əfqanıstan yayımçılarının nümayəndələri ilə görüşü zamanı qeyd olunub. "Taliban açıq şəkildə deyib ki, dari və puştu dillərinə tərcümə edilmiş hər hansı xarici serialın nümayişini dayandırsınlar",
“Ölkələr İkinci Dünya Müharibəsinə qədər savaşıb qənimətlər vasitəsilə və ya yeni ticarət qaydaları gətirərək daha zəngin olurdular. Yaponiya, Almaniya, Britaniya, Fransa, Rusiya, hətta ABŞ, hansı ki, Meksikanın 1846-cı ildə ərazilərini işğal etmişdi, məhz müharibələr vasitəsilə böyümüşdülər. Bu gün isə işğal məqsədli genişmiqyaslı müharibənin dağıntı və iqtisadi çöküşdən savayı
Bütün müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibənin də sonu olacaq. Yüz minlərlə insanı ev-eşiyindən edən, öldürən bu qanlı hadisələrin necə yekunlaşacağı indi hər kəsi düşündürür. Müharibədən kim qalib çıxacaq - bütün dünyanın üz döndərdiyi Rusiya, yaxud Ukrayna? Siyasətçilər və hərbi strateqlər hansı ssenariləri araşdırırlar? Onların əksəriyyə
İran prezidenti ukraynalıların ABŞ-ın şər siyasətinin qurbanı olduqlarını bildirib. Xəbər verilir ki, bu barədə İRNA məlumat dərc edib. Əfqanıstan, Yəmən və İraq xalqları kimi ukraynalıları ABŞ-ın şər siyasətinin qurbanı kimi xarakterizə edən İbrahim Rəisi İranın müharibəyə qarşı olduğunu vurğulayıb: "Müharibə hər gün daha tez başa çatdıqda, bu, xalqlara fayda verir və insanların təhlükələrini, zə
Vaxtilə Qərbi Ukraynanı işğal edən Polşa: Tarix 100 il sonra təkrarlanır. Diqqət ediriksə, Rusiya qoşunları daha çox Ukraynanın şərq hissəsini amansız bombardmana məruz qoyur. Bu baxımdan Xarkov xüsusilə diqqət çəkir, şəhər misli görnməmiş dağıntılara məruz qalıb. Paytaxt Kiyevin vurulması isə fərqli strateji yanaşma tələb edir. Ortada çox ciddi tarixi səbəblər var. 1934-cü ilə qədər Ukraynanın paytaxtı onun şərq hissə
Rusiya lideri Vladimir Putinin Luqansk və Donetskdəki qondarma qurumları tanıması və bu ərazilərin qorunması üçün rus ordusuna “sülhməramlı missiya” çərçivəsində o torpaqlara girməsini tapşırması hansı anlama gəlir? Əksəriyyət Putinin bu əsəb savaşından qalib ayrıldığı və “Qordi düyünü”nü qılıncla kəsdiyini düşünür, itirənin isə yalnız Ukrayna olduğu qənaətindədir. Əslində isə heç də hər şey göründüyü kimi deyil. ABŞ aylardı
Dünən minlərlə insan Kabil küçələrinə çıxaraq Əfqanıstandakı ABŞ banklarında saxlanılan valyuta ehtiyatlarının geri qaytarılmasını tələb edib. Xəbər verilir ki, Amerika mənbələrinə görə, Onların ümumi həcmi təxminən 9 milyard ABŞ dollarıdır. Onlar 2021-ci ilin avqustunda, Kabilin Taliban yaraqlıları tərəfindən tutulmasından dərhal sonra dondurulublar. Aksiya BMT-nin Kabildəki missiyasının qarşısında keçirilib.