“şagird” üzrə 394 nəticə tapıldı
Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib. Xəbər verilir ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb. Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla
Məşhur Kaliforniya Universitetinin (The University of California) rəhbərliyi bu ali məktəbə tələbə qəbulu prosesində dəyişikliklər edib. Xəbər verilir ki, yeni ildən etibarən bu universitet bakalavriaturaya daxil olmaq istəyən yeni tələbələrin test qəbul imtahanları verməsini tələb etməyəcək. Ekspertlər qəbul imtahanlarında irqi şəxsiqərəzlik zəminində SAT və ACT testlərindən istifadə olunmasını çoxdan tənqid edirlər.
Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur. Xəbər verilir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib. "Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqə
Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Bakıda məktəblərin birinə "patı” gətiriblər. Yazılanlara görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Razində) qeydə alınıb. Gətirilən psixotrop maddə aşağı sinif şagirdlərinə zorla verilib. Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin
Türkiyəli və azərbaycanlı iş adamları necə tora düşüb? Talışxanovanı himayə edən məmur kimdir? Özünü "RUN Group" şirkətinin prezidenti kimi təqdim edən İranə Talışxanova hazırda həbsdədir. Ondan əvvəl isə qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərov həbs edilib. Onların hər ikisi külli miqdarda dələduzluqda ittiham edilir. Xəbər verilir ki, həbs edilən sevgililər həm Azərbaycanın, həm
Nigerin Maradi şəhərindəki məktəbdə faciə baş verib. Təhsil müəssisəsinin samanla örtülü üç tikilisi yanıb. Yanğın nəticəsində azı 24 şagird həlak olub, 80 azyaşlı isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. İnsidentin baş vermə səbəbləri araşdırılır.
Tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi məqsədilə bu il sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılmışdı. Noyabrın 10-dan prosesə yenidən başlanır. 2 aya yaxın, yəni uzunmüddətli fasilə bəzi problemlərə səbəb olub. Noyabrın 10-dan şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır. Yenidən həm məktəb daxilində sinfi, həm də
Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur Xəbər verilir ki, bunu ARB telekanalının “Diqqət efir” verilişində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur: “Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0.5 faizin altındadır. Bizim yaydığımız məlumatlarda da qeyd olunub ki,
Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib. Belə ki, V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb. Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk
Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Xəbər verilir ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Bu müddət ərzində
Sumqayıt şəhərində məktəbli vəfat edib. Məlumata görə, özəl liseylərdən birinin şagirdi olan 10a sinif şagirdi Nağıyeva Gülarə Hüsaməddin qızı bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib. Liseydən saytımıza bildirilib ki, G.Nağıyevanın uzun müddət ağır xəstəlikdən əziyyət çəkib: “O, koronavirusdan vəfat etməyib”.
Son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVID-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq. Qeyd edək ki, təhsil müəssisələ