Cümə, 17 May

Axtarış

ÜST” üzrə 2362 nəticə tapıldı

05.08.2022 - 14:05

Səfirliyimizə hücum London polislərinin gözü qarşısında baş verib - FOTO

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı London polisi diplomatik korpusun qarşısında olub. Xəbər verilir ki, polislər səfirliyin binasına daxil olan və vandalizm aktı törədən radikallara qarşı heç bir tədbir görməyib, əvəzində kənardan hadisələri izləyiblər.  Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyü


05.08.2022 - 12:45

Ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı: Maskalı şəxs...

Tovuzda polisə yalan danışan şəxs ifşa olunub. Xəbər verilir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. O bildirib ki, avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək 35.000 manat pulu və ümumi dəyəri 4000 manat olan qı


05.08.2022 - 10:23

Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. Əldə etdiyimiz məlumata görə, hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən araşdırma aparı


05.08.2022 - 10:03

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı əsgər yoldaşı şübhəli bilinir - YENİLƏNİB

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika Baş Prokurorluğundan verilən məlumata gö


04.08.2022 - 19:40

Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub - SİYAHI

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 4-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə


04.08.2022 - 17:33

Yasamal rayonunun üç küçəsində hərəkət məhdudlaşdırılacaq

6 avqust saat 08:00-dan 8 avqust saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən qeyd


04.08.2022 - 16:33

Dünya koronavirusla nə qədər yaşayacaq? – “Reuters”

ABŞ-ın “Reuters” agentliyi “COVİD-lə yaşamaq: pandemiya harayacan gedib çıxa bilər?” başlıqlı məqalə yayıb. Məlumata görə, məqalədə qeyd olunur ki, koronavirus pandemiyasının üçüncü qışı yaxınlaşdıqca elm adamları heydən düşmüş hökumətləri və əhalini yeni dalğalara hazır olmağa çağırır. Vaşinqton Universitetinin müstəqil modelləşdirmə qrupunun – Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutunun rəhbəri Kris Mö


04.08.2022 - 14:48

ABŞ və İran nümayəndələri bu gün Vyanada görüşəcək

“ABŞ razılaşma əldə etməyə hazırdır. İranın da tezliklə buna hazır olması aydınlaşacaq”. Xəbər verilir ki, bu fikirləri ABŞ-ın xüsusu nümayəndəsi Robert Malli İranın nüvə proqramı ilə bağlı Vyanada keçiriləcək görüşlə bağlı bildirib. Xüsusi nümayəndə məsələ ilə bağlı həddindən artıq nikbin olmaqdan çəkinməyi tövsiyə edib. Qeyd edək ki, avqustun 4-də Avstriyanın


04.08.2022 - 14:30

Tofiq Zülfüqarov: "Qarabağdakı son hadisələr böyük ssenarinin tərkib hissəsidir" - MÜSAHİBƏ

"Proseslər yavaş-yavaş Qarabağdan Zəngəzura keçir" Son günlər Ermənistanın təxribatları nəticəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyət gərginləşib. Doğrudur, hazırda vəziyyət sabit olsa da, gərginlik hər an yenidən arta bilər. Ermənistanın təxribatları nəticəsində avqustun 3-də əsgər Anar Kazımovun şəhid olması Azərbaycan Ordusunu "Qisas" əməliyyatını keçirmə


04.08.2022 - 12:45

Şagirdlərin yerdəyişməsinə start verilib

2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər sentyabrın 9-u saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi tə


04.08.2022 - 12:24

Belarus xüsusi təyinatlıları hazır vəziyyətə gətirildi - Baş Qərargah

Belarus xüsusi təyinatlılarının döyüş hazırlığı yoxlanılır. Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb. "Volın və Poliske istiqamətlərində Belarus Respublikası Silahlı Qüvvələrinin bölmələri Belarus-Ukrayna sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsinin mühafizəsinin gücləndirilməsi tapşırığını yerinə yetirir", - məlumatda deyilir. Bundan əlavə,


04.08.2022 - 12:05

"Xırdalandakı partlayışla bağlı araşdırma aparılır, ekspertizalar təyin edilib" - FHN

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsində araşdırma aparılır. Xəbər verilir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hadisənin baş vermə səbəbinin və dəymiş ziyanın müəyyən olunması üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırma davam etdirilir.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41