Bazar, 19 May

Axtarış

zəlzə” üzrə 566 nəticə tapıldı

11.05.2024 - 20:04

Lənkəranda yenidən zəlzələ oldu

Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələ 4,4 bal gücündə olub.


11.05.2024 - 18:11

Azərbaycanda yenidən zəlzələ oldu - RƏSMİ + YENİLƏNİB/VİDEO

Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. 19:24 Adətən güclü və hiss olunan


07.05.2024 - 20:30

Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verdi

Ermənistan-Azərbaycan sərhədində 2 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar mayın 7-də saat 20:40-da Şoqakat kəndindən 19 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.


06.05.2024 - 10:21

Qazaxıstan - Qırğızıstan sərhədində güclü zəlzələ olub

Qazaxıstanla Qırğızıstan sərhədində 5,7 bal gücündə zəlzələ baş verib.  Xəbər verilir ki, yeraltı təkanlar mayın 6-da saat 9:12-də, Almatıdan 194 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.     


27.04.2024 - 20:23

Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO

Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib. Məlumata görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir. Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə mə


23.04.2024 - 09:36

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb.


22.04.2024 - 09:40

Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA - VİDEO

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub. Dünən axşam İmişlidə də zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Beyləqan stansiyasından 35 km şimal-şərqdə baş verib. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bəs daha güclü yeraltı təkanlar ola bilərmi?. Məlumata görə, seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyir ki, İranda baş vermiş


19.04.2024 - 13:18

İzmirdə zəlzələ oldu

Türkiyənin İzmir şəhərində 4,5 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, AFAD-dan verilən açıqlamaya görə, zəlzələnin yerin təxminən 7 km dərinliyində baş verdiyi bildirilib.


17.04.2024 - 15:33

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Şikoku şəhərində 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib. Mümkün dağıntı və tələfat, eləcə də sunami xəbərdarlığı barədə hələ ki, məlumat yoxdur.


14.04.2024 - 14:37

Yunanıstanda zəlzələ oldu

Yunanıstanda 4,5 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb. Belə ki, saat 05:02-də baş verən zəlzələnin gücü 4,5 bal olub. Zəlzələnin yerin təxminən 9,2 kilometr dərinliyində baş verdiyi bildirilib.


10.04.2024 - 09:19

Bu ölkədə 6 bal gücündə zəlzələ oldu

Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima vilayətində 6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, zəlzələ vilayətdə yerləşən bir çox şəhərdə hiss edilib. Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində qeydə alınıb.  Yaponiya hökuməti sunami ilə bağlı narahatlığın olmadığını açıqlayıb.


09.04.2024 - 18:56

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələ ölkənin şərqindəki Halmahera adasından 149 kilometr şimal-qərbdə baş verib. 6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb. Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41