Şənbə, 18 May

Axtarış

xəbər” üzrə 20702 nəticə tapıldı

11.05.2024 - 09:31

“WhatsApp” dizaynını tamamilə dəyişdi

“WhatsApp” “Android” və “iOS” əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib. Məlumata görə, bu barədə tətbiqin “X” sosial şəbəkə hesabında xəbər verilib. Yenilənmiş dizayn sistem yaşıl rəng sxemini itirib və mövzusundan asılı olaraq ağ, yaxud qara rəngə çevrilib. Bununla belə bildiriş nişanları və funksiya düymələrində yaşıl rəng qalır. “Parametrlər” bölməsində yeni animasiyalar peyda olub və nişanlar dəyişdirilib. “Android”də


10.05.2024 - 15:57

Bakıda maşını oğurlayıb hissələrini sökdülər

Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfadar Axundov müəyyən olunaraq saxlanılıb.


10.05.2024 - 15:16

Azərbaycanda prorektoru öldürtdürən rektor və killerə HÖKM OXUNDU

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Xəbər verilir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Müşviq Atakişiyev son söz deyib. O, son sözündə məhkəmədən ədalətli


10.05.2024 - 14:52

Köşk sahibini bıçaqlayan azərbaycanlı oteldə tutuldu

Türkiyədə cinayət törədən azərbaycanlı saxlanılıb. Xəbər verilir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib. Burada azərbaycanlı 35 yaşlı B.İ. ilə köşk sahibi arasında münaqişə yaşanıb. Münaqişə zamanı B.İ. qarşı tərəfi bıçaqlayaraq, qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.İ. qaldığı oteldə saxlanılaraq, istintaqa cəlb olunub. O, məhkəmə qə


10.05.2024 - 14:33

Boşanmaq üçün elektron müraciət necə etmək olur? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu boşanmaqla bağlıdır. Maraqlıdır, boşanmaq üçün elektron müraciət necə etmək olur? Xəbər verilir ki, vətəndaşlar nikahın pozulması üçün elektron müraciət edə bilər. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Nikahın pozulması üçün elektron müraciət” xidmətini seçməlidirlər. Açılan formanın iç


10.05.2024 - 14:15

Bakıda evdən 4 minlik qızıl oğurlayan qadın saxlanıldı

Bakıda ev qarət olunub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 6-da Binə qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Araşdırma aparılır.


10.05.2024 - 13:55

Bu dronlar Rusiya donanmasına 500 milyon dollar ziyan vurub

“Maqura V5” dəniz dronları Rusiya donanmasına 500 milyon dollar ziyan vurub. Xəbər verilir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib. Yusov əlavə edib ki, dəniz dronunun təkmilləşdirilməsi prosesi daim davam edir. “Hər bir uğurlu əməliyyatdan sonra düşmənin hərəkətlərinin hərtərəfli təhlili aparılır. Çünki düşmən yerində dayanmır, əksinə, öz gəmilərini qorumaq üçün yeni taktikalardan


10.05.2024 - 13:07

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ/FOTO

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə  şiddətlənəcək. Xəbər verilir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Axşam saat 21:00-dan isə müş


10.05.2024 - 12:48

"Ermənistanda baş nazir postuna o namizəddir"

"Nikol Paşinyanın istefasını tələb edən etirazçı arxiyepiskop Baqrat Qalstanyan baş nazir postuna namizəd olmalıdır".  Xəbər verilir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook”da yayımladığı videoda bildirib. "Hesab edirəm ki, Qalstanyan düzgün yoldadır, o, dünən Milli Assambleyada Nikol Paşinyana etimadsızlıq ifadəsi prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləş


10.05.2024 - 12:30

Silahlı şəxslər universitetə basqın etdilər

Nigeriyanın Kogi əyalətində bir qrup silahlı cinayətkar yerli universitetlərdən birinə soxularaq tələbələri girov götürüb. Xəbər verilir ki, fövqəladə hadisə Osardakı Elm və Texnologiyanın Konfluens Universitetində baş verib. Hücumçular binaya soxularaq havaya atəş açmağa başlayıblar. Universitetin rektoru Abdulraman Asipita dəqiq neçə tələbənin qaçırıldığını açıqlayəb. O, əmin edib ki, təhsil müəssisəsinin rəhbərliyi və hüquq-mü


10.05.2024 - 11:45

Sabah 24° isti olacaq - PROQNOZ

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756


10.05.2024 - 11:26

Ədən körfəzində daha bir gəmiyə hücum edildi

Naməlum qüvvələr Ədən körfəzində daha bir gəmiyə hücum həyata keçirib.  Xəbər verilir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.  "UKMTO, Yəmənin 195 dəniz mili şərqində baş verən hadisə ilə bağlı xəbərdarlıq alıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır və hər hansı şübhəli fə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41