Cümə, 17 May

Axtarış

xilasetmə” üzrə 250 nəticə tapıldı

11.02.2023 - 17:13

Baş çavuş və xanımı dağıntılar altından sağ çıxdı, 3 övladı isə...

Adıyamanda  zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir. Xəbər verilir ki, Adıyaman Jandarma Komandanlığına rəhbərlik edən Baş çavuş Osman Gürbüz və həyat yoldaşı Ümmü Gürbüz 128 saatdan sonra xilas edilib. Bununla yanaşı, xilasedicilər dağıntılar altında olan cütlüyün 3 uşağının cəsədlərini də çıxara biliblər. Övladlarının ölümündən xə


10.02.2023 - 20:48

Hatayda 110-cu saatda ana və körpəsi xilas edildi - VİDEO

Hatayda daha bir möcüzəvi qurtuluş yaşanıb.   Türkiyənin Hatay şəhərinin Antakya rayonunda şaxtaçılar 110-cu saatda körpəni və anasını sağ-salamat xilas ediblər. Körpəni xilas edən Türkiyə Taşkömürü Qurumunun xilasetmə qrupları böyük xoşbəxtlik yaşayıblar.


10.02.2023 - 12:43

İsrail İrana xəbərdarlıq etdi

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək. Xəbər verilir ki, bu barədə İsrailin hərbi mənbələri bildirib. Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüd etmədən həmin karvana hücum edəcək. Bildirilib ki, İranın Bəşər Əsəd rejimi və


10.02.2023 - 09:38

90 saat sonra 10 günlük körpə və anası xilas edildi

Türkiyədə "əsrin fəlakəti" olaraq xarakterizə edilən 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir. Xəbər verilir ki, Hatayda işlərini davam etdirən İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları zəlzələdən təxminən 90 saat sonra anası ilə birlikdə 10 günlük Yağız Ulaş adlı körpə


09.02.2023 - 16:52

Möcüzənin yeni adı - 20 günlük körpə Kərəm + FOTO/VİDEO

Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Fəlakətdən onlarla saat keçməsinə rəğmən, hələ də sağ tapılanlar isə insanların öləziyən ümidlərini alovlandırırlar. Belə möcüzələrdən biri də 20 günlük körpə Kərəm Ağırtaşdır. Hatayda dağıntılar altından tapılan uş


09.02.2023 - 10:23

FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO

Türkiyədə baş verən zəlzələdə azərbaycanlı xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb.


08.02.2023 - 15:10

Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı - FOTO

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 55 saat sonra 13 yaşlı qız dağıntılar altından xilas edilib. Bu zaman yeniyetmənin əlində tutuquşu olub. Xilasedicilər dağıntılar altından səs gəldiyini eşidərək axtarış-xilasetmə işlərinə başlayıblar. Təxminən üç saatdan sonra Berat adlı qızcığaza çata biliblər. Onun əlində tutuquşunun olduğunu görüblər. Berat təcili yardım maşınına mindirildiyi zaman xalasını


08.02.2023 - 09:40

FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bununla bağlı FHN məlumat yayıb. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdiklə


07.02.2023 - 15:33

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olundu

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub. Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq. Ərdoğan həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir


07.02.2023 - 09:00

Türk Hava Yolları zəlzələ bölgəsindəki uçuşlarla bağlı açıqlama yayıb

Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb. Xəbər verilir ki, THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabında Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgə


06.02.2023 - 19:02

Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə PUA-lar cəlb edildi

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib. Xəbər verilir ki, bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. Paylaşımda zəlzələ bölgəsində çalışan PUA-lar əks olunub.   “Türkiyə Silahlı Qüvvələrimizə məxsus PUA-lar zərər və itkilərin müəyyən edilmə


06.02.2023 - 15:35

Dağıntılar altında qalan uşaqların xilası görüntüləri - VİDEO

Türkiyədə bu səhər baş vermiş 7,7 bal gücündə dağıdıcı zəlzələ ilə əlaqədar axtarış xilasetmə işləri davam edir. Məlumata görə, sosial şəbəkələrdə uşaqların xilası ilə bağlı görüntülər yayılıb.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58