Bazar, 19 May

Axtarış

video” üzrə 1230 nəticə tapıldı

19.06.2023 - 14:57

Məzuniyyətə çıxan işçiyə nə qədər pul ödənilməlidir? - VİDEO

Yay fəsli həm məzuniyyət, həm də istirahət mövsümdür. İstər dövlət, istərsə də özəl sektorda çalışanların əksəriyyəti məzuniyyətə yayda çıxmağa üstünlük verirlər. Bəzi işçilər əmək məzuniyyətinin müddətinin az olmasından, bəziləri isə ödənişin düzgün hesablanmamasından narazıdır. Qanunla əmək məzuniyyəti neçə gün olmalıdır? Əmək


19.06.2023 - 12:51

"Hörümçək adam" filmindən təsirlənən uşaq özünü 5-ci mərtəbədən atdı - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində 5-ci mərtəbədəki evlərinin pəncərəsindən yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb. Xəbər verilir ki, hadisə Arnavutköy rayonunda baş verib. Belə ki, 5 yaşlı Berzan Qorxmaz mobil telefonu ilə izlədiyi videolardakı "Hörümçək adam" obrazını təqlid edərək özünü 5-ci mərtəbədən atıb. Məlumata görə, Berzan nənəsi ilə birgə yaşayı


17.06.2023 - 18:37

“Lentsov Volkovun yolu ilə gedir” - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti yenidən diqqət mərkəzinə gəlib. Bu barədə “Caliber” “YouTube” kanalının hazırladığı süjetdə bildirilib. Məlum olduğu kimi, Ermənistan tərəfi hələ də öz qoşunlarını Qarabağdan tam çıxarmayıb, Rusiya sülhməramlı kontingenti isə bu məsələnin tezləşdirilməsi istiqamətində heç bir addım atmır. Rusiya


16.06.2023 - 15:56

Ukrayna ordusu xilas etdiyi rusiyalı əsgərləri əsir götürdü - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gün yenidən Kiyevə Rusiya Ordusu tərəfindən hava hücumunun edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. “Bu baş verməsə də, Ukraynanın Dnepropetrovsk, Nikolayev, Odessa, Xerson, Xarkov və Donetsk vilayətləri hücuma məruz qalıb. Xüsusilə Xarkovda vəziyyət daha da gərginləşib”, – deyə jurnalist


15.06.2023 - 15:36

Erməni hərbçilərin Azərbaycan sərhədçilərinə atəş açması görüntüləri - ANBAAN VİDEO

Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb. Kadrları Erməni mediası yayıb. Videoda görünür ki, Azərbaycan hərbçiləri Azərbaycan ərazisində bayrağımızı qaldırarkən onlara atəş açılır. Üstəlik bizim hərbçiləri Rusiya sülhməramlıları da müşayiət ediblər. Qeyd edək ki, bu gü


14.06.2023 - 19:24

Bankomat çatışmazlığı və pensiyaçılardan tutulan KOMİSSİYA HAQQI - VİDEO

Bankomat ya yoxdur, ya uzaq məsafədədir, ya da digər banka məxsusdur. Ölkənin əksər kəndlərində işçilər və pensiyaçılar maaş və təqaüdlərini bankomatdan çıxarmaqda çətinlik çəkirlər. Vətəndaşlar bunun üçün uzaq məsafə qət etmək məcburiyyətində qalırlar. Digər bankın bankomatından pul çıxaran şəxslər isə əlavə komissiya ödəməli olurlar. İsmayıllının Cülyan, Talıstan, Gəndom və digər kəndlə


13.06.2023 - 20:15

Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçib - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçib: "Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir". M.Aslanovun sözlərinə


13.06.2023 - 15:51

Azərbaycanlı müğənnidən etiraf: "Həkimə yalan məlumat verdim deyə, ürəyim dayandı" - VİDEO

Müğənni Bahar Lətifqızı etirafı ilə diqqət çəkib. Xəbər verilir ki, Zaur Nəbioğlunun “1 dəqiqə” proqramına qonaq olan ifaçı əməliyyata girməzdən əvvəl həkimə yalan məlumat verdiyini bu səbəbdən də əməliyyat zamanı ürəyinin dayandığını bildirib: “Mən həkimlərə düzgün məlumat verməmişdim. Plastik əməliyyatdan bir ay əvvəl mən “Omicron”a yoluxub sağalmışdım. Əslində əməliyyat etdirmək olmazdı. Bunu


13.06.2023 - 11:06

Həmin müəllimin tanınmış ssenaristin anası olduğunu açıqladı

“Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən: çox önyarqılı olmuşuq. O qulağına sırğa taxılan müəllimin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük


13.06.2023 - 09:53

Əri azərbaycanlı blogerin lüt fotolarını yaydı - VİDEO

Bloger Günay Mehdiyeva keçmiş əri Fərdi Əliyevin onun videolarını və nömrəsini telegram kanallarında yayması ilə bağlı "İnstagram" hesabında paylaşım edib. O, əri ilə ayrıldığını və şantaja məruz qaldığını açıqlayıb: "Biz ayrılmışıq. Bundan əvvəl də dəfələrlə ayrılmışıq, səbəbi də xəyanət olub. Amma mən onu bağışlamışam, çünki onu sevmişəm. Mən başqaları kimi gecə həyatı yaşamıram,


12.06.2023 - 14:53

Bakıda meyxanaçı narkotiklə saxlanılıb

Bakıda polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərində şəxsi axtarış aparılan zaman


12.06.2023 - 14:15

Aparıcı Günel Hümbətova həyat yoldaşından ayrıldı - FOTO

Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova və həyat yoldaşı Firuz Soliyev ayrılmağa qərar veriblər. Xəbər verilir ki, bu barədə Günel Hümbətova sosial mediada məlumat yayıb. İnstaqramda hekayə bölümündə video paylaşan məşhur qeyd edib ki, 8 illik evliliyi sonlandırmağa qərar veriblər. Buna səbəb kimi isə hər ikisinin artıq birləkdə xoşbəxt olmadığını göstərib. Lakin eks-aparı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41