Bazar, 19 May

Axtarış

valyuta” üzrə 207 nəticə tapıldı

28.02.2022 - 21:30

Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman verdi

Rusiya Prezidenti Vladimir Putin “ABŞ-ın və ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzalayıb. Xəbər verilir ki, sənəd Kremlin rəsmi saytında dərc olunub. O, aşağıdakı tədbirləri nəzərdə tutur: - Xarici iqtisadi fəaliyyət iştirakçıları bu il yanvarın 1-dən xaricdən daxil


16.02.2022 - 18:44

Əfqanlar ABŞ banklarında qalan 9 milyard dolları tələb edir

Dünən minlərlə insan Kabil küçələrinə çıxaraq Əfqanıstandakı ABŞ banklarında saxlanılan valyuta ehtiyatlarının geri qaytarılmasını tələb edib. Xəbər verilir ki, Amerika mənbələrinə görə, Onların ümumi həcmi təxminən 9 milyard ABŞ dollarıdır. Onlar 2021-ci ilin avqustunda, Kabilin Taliban yaraqlıları tərəfindən tutulmasından dərhal sonra dondurulublar. Aksiya BMT-nin Kabildəki missiyasının qarşısında keçirilib. 


22.01.2022 - 16:13

Audio Manat 4 əsas valyuta qarşısında BAHALAŞIB

2021-ci il ərzində Azərbaycan manatı ABŞ dollarının indeksini müəyyən edən 4 xarici valyuta qarşısında bahalaşıb. Məlumata görə, Azərbaycan manatının dəyəri avro, İsveç kronu, İsveçrə frankı və yapon yeni qarşısında dəyəri artıb. Belə ki, yanvar ayının 21-nə olan göstəricilərə əsasən, illik müqayisədə manat avro qarşısında 6,7 faiz, İsveç kronu qarşısında 9,7 faiz, İsveçrə frankı qarşısında 1,9 faiz, 100 yapon


21.01.2022 - 16:14

Azərbaycanda ərzaq qiymətlərinin artımına qarşı hansı tədbirlər görülür?

Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışan Azərbaycan ötən ili kifayət qədər uğurlu makroiqtisadi göstəricilərlə başa vurub. Xəbər verilir ki, ölkənin Ümumi Daxili Məhsul (ÜDM) 5,6 % artaraq 92,8 milyard manata çatıb. Qeyri neft sektoru üzrə artım 7 % səviyyəsində olub. Strateji valyuta ehtiyyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53,2 milyard ABŞ dollarına çatıb ki, bu da xarici dövlət borcundan 6 dəfə çoxdur.


21.01.2022 - 11:24

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib. Bu barədə parlamentdən bildirilib. Məlumatda deyilir ki, iclas 2022-ci ilin yaz sessiyası çərçivəsində baş tutub. Komitə sədri Tahir Mirkişili 2021-ci ilin payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülə


19.01.2022 - 11:47

Manat tam üzən məzənnəyə keçəcək? - Mərkəzi Bankdan ÖZƏL AÇIQLAMA

“Hazırda ölkədə tətbiq olunan məzənnə rejimi iqtisadiyyatın strukturu, o cümlədən qeyri-neft ixracının diversifikasiyası və idxaldan asılılıq səviyyəsi, maliyyə bazarlarının dərinliyi, pul kütləsi üzərində makroiqtisadi siyasətlərin nəzarət imkanlarından asılı olaraq formalaşıb”.  Bu barədə , Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.  Yaxın bir il ərzində ölkədə tam üzən məzənnəyə


05.01.2022 - 19:53

Lirənin son vəziyyəti necədir?

Ötən ilin son aylarında Türkiyə lirəsi xarici valyuta qarşısında ucuzlaşandan sonra ölkədə tətbiq edilən yeni iqtisadi sistemlə möhkəmlənib. Xəbər verilir ki, hazırda 1 ABŞ dolları 13,55 lirəyə bərabərdir. 1 Azərbaycan manatı 7,99 lirəyə, 1 avro isə 15,39 lirəyə realizə olunur.


05.01.2022 - 10:02

Ərdoğan: “Türkiyə doğru yoldadır”

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxış edərək ökədəki iqtisadi vəziyyətə toxunub. O, bildirib ki, Türkiyə hökuməti xalqı valyuta bazarındakı çalxalanma və süni qiymət artımı yükündən azad etməkdə qərarlıdır. “Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını


03.01.2022 - 17:13

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının indeksi 6,72 faiz artıb.  Bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir. Valyuta


03.01.2022 - 13:46

Dünya bazarında buğdanın və unun qiyməti artır...

Dünəndən etibarən sosial şəbəkələrdə müəyyən ticarət şəbəkələrində çörəyin və un məmulatlarının bahalaşması haqda xəbərlər tirajlanır. Hərçənd müxbirləri bir çox mağazalara və supermarketlərə baş çəkiblər və qiymətlərin hələ dəyişmədiyinin şahidi olublar. Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlə


31.12.2021 - 18:23

Ərdoğan lirənin yenidən bahalaşmasından danışdı

"Öz pulumuzu ölçü götürmədikcə, həmişə uğursuzluğa məhkumuq. Pulumuz türk lirəsidir, onunla hərəkət edəcəyik". Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ASKON-un 12-ci Baş Assambleyasında çıxış edərkən deyib. Türkiyə lideri bildirib ki, faiz zəngini varlı, kasıbı kasıb edir: “Buna inanacağıq. Bununla davam edəcəyik. Xarici valyuta ilə ticarət aparmayan şirkətlərimizə öz pulumuzdan başqa


30.12.2021 - 14:28

Mask: Bitkoini o yaradıb

Bitkoin yaradıcısı Satoşi Nakamoto təxəllüsü arxasında gizlənən şəxs riyaziyyatçı Nik Sabo ola bilər. Xəbər verilir ki, bu sözləri SpeysX şirkətinin rəhbəri İlon Mask deyib. O qeyd edib ki, alim 1998-ci ildə bitkoinin sələfi sayılan “bit qold” adlı mərkəzləşdirilməmiş rəqəmsal valyuta üçün alqoritm yaradıb. Bununla belə, Sabo özü kriptovalyutanın inkişafında iştirakını inkar edir.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41