Çərşənbə axşamı, 14 May

Axtarış

vaksinasiya” üzrə 539 nəticə tapıldı

20.05.2021 - 17:59

Metronun açılmasına icazə veriləcək? - Video

"Əhalimizin 50 faizinin peyvənd olunmasına çatmaq üçün 2 milyon insanın vaksinasiya olması lazımdır. Güman edirəm ki, yaxın 2-3 ay ərzində bu hadisə baş versə, maska çıxarılacaq, kütləvi tədbirlərə və metroların fəaliyyətinə icazə veriləcək”. Bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.  O bildirib ki, yayın sonuna qədər sözügedən yumşaldılmalara gedilməsi üçün vaksinasiyanın sürə


20.05.2021 - 12:35

Bəzi pandemiya xəstəxanaları BAĞLANIR

“Cəmiyyəti, vətəndaşları narahat edən şeylər bizi də narahat edir. Çünki biz də onlardan biriyik. Ümumilikdə pandemiya şəraitində yeni qərarların qəbulu üçün yoluxma sayının azalması ilə yanaşı, vaksin vurduranların sayı da o qədər önəmlidir”. Verilən məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, vaksinasiya prosesi sürətləndikcə, ictimai nəqliyyatla bağ


18.05.2021 - 11:58

Ərdoğan: “Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız”

“Ramazan ayı boyunca tətbiq etdiyimiz qismən və tam qapanma tədbirləri sayəsində pandemiyanı yenidən böyük ölçüdə nəzarət altına aldıq”. “Anadolu” agentliyinin məlumatına əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra media qarşısındakı çıxışı zamanı bəyan edib. Dövlət başçısı qeyd edib ki, iclasda mərhələli normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub. “Mə


17.05.2021 - 14:59

Sabahdan Azərbaycanda "Sputnik V” vaksininin vurulmasına başlanılır

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Əldə etdiyimiz məlumatda deyilir: "Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də


16.05.2021 - 20:10

Açıq havada nə zaman maskasız gəzə bilərik? - Açıqlama

Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar. Xəbər verilir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Azərbaycanda yoluxma tempi aşağı düşüb və bu da əlbəttə ki, həyata keçirilən


14.05.2021 - 09:16

Karantin rejimi ilə bağlı vacib xəbər

Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Yoluxanlarla bağlı artan zəncirin nisbətən qırılması, buna paralel vaksinasiya prosesinin də davam etməsi ölkədə karantin rejimi ilə bağlı növbəti yumşaldılmaların edilə biləcəyini gündəmə gətirib. Xüsusilə də metronun açılması barədə daha çox danışır. Bu və havaların istiləşdiyi nəzərə alınaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi? Xəbər


10.05.2021 - 20:04

İcra başçısının işdən çıxarılan birinci müavini: "Müqəddəs ayda ona sığınıram"

"Allah hər şeyi görür, O ən böyük şahidimdir". Xəbər verilir ki, bunu uzun illər adı qalmaqallarda hallanan, bir neçə gün əvvəl Səbail rayon İcra Hakimiyyəti başçısının əmrilə I müavin vəzifəsindən azad olunan Xalidə Bayramova bildirib. Baş verənlərlə bağlı ətraflı danışmaq istəməyən sabiq məmur ona görə narahat olanlara təşəkkür edib: "Maraqlanan, narahat olanlar sağ olsun. Həqiqəti görən


10.05.2021 - 17:37

Maska məcburiyyəti ləğv edilə bilər - ŞAD XƏBƏR

Bütün Avropa ölkələri yavaş-yavaş “lokdaun”dan çıxır. Son xəbərə görə, Çexiya da pandemiyaya görə tətbiq olunan məhdudiyyətləri ləğv edir. Çexiyada şagirdlər artıq məktəblərə qayıdıblar, müxtəlif obyekt qapılarını açıb. Bu gündən etibarən isə, Çexiyada bütün ticarət mərkəzləri də fəaliyyətini bərpa edib. Ən əsası isə küçəyə maskasız çıxmağa icazə verilib.


10.05.2021 - 13:21

İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib

İranda ötən sutka ərzində 351 nəfər koronavirusdan (COVID-19) ölüb. Verilən məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 75 261 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 18 408 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 673 219 nəfərə çatıb. Virus daşıyıcılarından 5 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyə


07.05.2021 - 19:05

Peyvənd olunanların sayı 1,6 milyonu ötdü

Azərbaycanda bu gün 33 033 nəfər vaksinasiya olunub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin


07.05.2021 - 13:33

Koronavirus xəstələrinə baxmaqdan imtina edən həkimlərə RƏSMİ CAVAB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının işçilərinin əmək haqlarına edilməli olan əlavələri ala bilməmələri ilə bağlı məsələyə münasibət bildirib. Verilən məlumata görə, agentlikdən bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardı


05.05.2021 - 15:59

Azərbaycanda koronavirus bu zaman yox olacaq - Həkimdən AÇIQLAMA

"Ölkəmizdə COVİD 19-a yoluxanların sayının aşağı düşməsinə səbəb uğurla davam edən vaksinasiya prosesinin nəticəsidir". Xəbər verilir ki, bunu açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib. İnfeksionist bildirib ki, epidemioloji vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməlidir: "Koronavirusa qarşı peyvəndlənmə bütün ölkələrdə eyni səviyyədə deyil. Bəzi ölkələrdə əhalinin çox az faizi peyvənd olunub. Pandemiyanın bitməsi üçü


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00