Cümə, 03 May

Axtarış

türkiyə” üzrə 697 nəticə tapıldı

07.09.2023 - 10:23

Türkiyə PUA-ları “Vaqner”in əlinə keçdi

Malidə “Vaqner”in nəzarəti altında olan hərbi bazada 3 ədəd “Bayraqdar” PUA-sı görüntülənib. Xəbər verilir ki, bu barədə “İnsayder” məlumat yayıb. Nəşr avqustun 30-da Mopti şəhəri yaxınlığındakı Sevara aeroportunda yerləşən hərbi bazanın helikopterdən çəkilən görüntüləri dərc edib. Bildirilib ki, bazada ən azı 3 ədəd “Bayraqdar” PUA-sı var. Nəşrin “Vaqner”dəki mənbəsi bildirib ki, Sevaradakı hərbi baza yaxın


28.08.2023 - 13:35

Putin-Ərdoğan görüşü ilə bağlı Kremldən AÇIQLAMA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın vaxtlarda baş tutacaq. Xəbər verilir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bunun dəqiq harada və nə vaxt keçiriləcəyini daha sonra açıqlayacağını bildirib: "Görüş tezliklə baş tutacaq. Biz sizə vaxtı gələndə məlumat verəcəyik". 


13.08.2023 - 18:46

Bodrumda 4,8 bal gücündə ZƏLZƏLƏ

Türkiyənin Bodrum bölgəsində zəlzələ olub. Xəbər verilir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, səhər saat 10:49-da Egey dənizində Krit adası ilə Bodrum arasında 4,8 bal gücündə zəlzələ baş verib.


09.08.2023 - 10:41

Türkiyədə zəlzələ oldu

Türkiyənin mərkəzi hissəsində 4.2 maqnitudalı zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Kahramanmaraşdan 74 kilometr aralıda və 5 kilometr dərinlikdə yerləşib.


07.08.2023 - 13:31

Qısqanc qadın ərini öldürdü

Türkiyədə qadın 7 ay öncə evləndiyi ərini qısqanclıq zəminində öldürüb. Məlumat verilir ki, Uşakda evlərində mübahisə zamanı ərini bıçaqlayaraq öldürən Emine Aka ifadəsində qətlin səbəbini açıqlayıb. Aka bildirib ki, hadisə həyat yoldaşını qısqandığı üçün mübahisə davaya çevrilən zaman baş verib.  Səs-küyü eşidən qonşular polis və təcili tibbi yardım çağırıblar. Həkimlərin ilk müdaxilə


02.08.2023 - 14:31

Ərdoğanla Putin arasında telefon danışığı başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Xəbər verilir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.


31.07.2023 - 18:13

Bu tarixdə Putinlə Ərdoğanın telefon danışığı olacaq

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi bilinmir, iki ölkə lideri avqustun 2-də telefonla danışacaqlar”. Xəbər verilir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.  “Vladimir Putinin görüş barədə açıqlamasından sonra dəyişən heç nə yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çərşənbə günü telefon danışığı planlaşdırılır”, - deyə Peskov bildirib.


30.07.2023 - 14:52

Ürək və təzyiq xəstələrinə CİDDİ XƏBƏRDARLIQ - Yay aylarında...

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib. Xəbər verilir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib. Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi


28.07.2023 - 19:20

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq - Peter Siyarto

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq. Xəbər verilir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyənin xarici İşlər naziri Hakan Fidanla birgə keçirdiy mətbuat konfransında deyib. "Yeni dövrdə Türkiyənin rolu daha böyükdür. Bu, təkcə Macarıstan üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün çox vacibdir", - deyə Macarıstanın xarici işlər naziri bildirib.


28.07.2023 - 14:30

Pınar Dənizlə Kaan Yıldırım evlənir

Türkiyənin məşhur cütlüyü Pınar Dənizlə Kaan Yıldırım evlilik qərarı alıb. Xəbər verilir ki, cütlük ölkə xaricində nikah masasına əyləşəcək. Pərəstişkarları onların fotolarını müşahidə edərək Londonda kirayə götürəcəkləri evi də tapıblar.


25.07.2023 - 19:28

Burak Özçivitin bir paylaşımı 2,7 milyona başa gəlir

Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb. Xəbər verilir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır.  Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.


25.07.2023 - 11:24

100 min rus Türkiyədə yaşamaq izni aldı

Təkcə ötən ildə 99 min rus Türkiyədə yaşamaq icazəsi alıb. Xəbər verilir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜRKstat) məlumat yayıb. Məlumata görə, ruslar ölkədə yaşamaq icazəsi almış əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir.


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15