Cümə, 03 May

Türkiyə PUA-ları “Vaqner”in əlinə keçdi

image

Malidə “Vaqner”in nəzarəti altında olan hərbi bazada 3 ədəd “Bayraqdar” PUA-sı görüntülənib.

Xəbər verilir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Nəşr avqustun 30-da Mopti şəhəri yaxınlığındakı Sevara aeroportunda yerləşən hərbi bazanın helikopterdən çəkilən görüntüləri dərc edib. Bildirilib ki, bazada ən azı 3 ədəd “Bayraqdar” PUA-sı var.

Nəşrin “Vaqner”dəki mənbəsi bildirib ki, Sevaradakı hərbi baza yaxın günlərdə Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Çox güman ki, bu, Yevgeni Priqojinin ölümündən sonra baş verib”, - nəşr bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında Mali hökuməti Türkiyədən 2 ədəd “Bayraqdar” PUA-sı aldığını açıqlamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15