Bazar, 19 May

Axtarış

restoran” üzrə 346 nəticə tapıldı

30.12.2022 - 10:35

Pele 32 mərtəbəli qəbiristanlıqda dəfn olunacaq

Əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn yeri və tarixi açıqlanıb. Xəbər verilir ki, bu barədə Braziliyanın “Santos” klubu məlumat yayıb. Məlumata görə, Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək. Vida mərasimi isə yanvarın 2-də klubun stadionunda başlayacaq və bir gün davam edəcək. Ötən gün 82 yaşında vəfat edən Pele Santosdakı 32 mərtəbəli dünyanın ən şaquli qə


27.12.2022 - 20:58

Bərdə rayonunda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi

Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Məlumata görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrində bacısının Bərdənin Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib. O, pivə və spirtli içkilər içib. Kənan toy mərasiminin gedişinə mane olacağından ehtiyatlanan dayısının ona yaxı


26.12.2022 - 16:50

Yeni il üçün kafe-restoran səfası neçəyə başa gələcək?

Yeni il şənlikləri ərəfəsində paytaxtda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün dəridən-qabıqdan çıxırlar. Yaddaqalan bayram gecəsi və maraqlı bayram ab-havası vəd edən bu məkanlar bir çoxları üçün qiymət baxımından əlçatmazdır.


25.12.2022 - 11:02

Anar Məmmədovun 85 milyonluq biznesi – SƏNƏD

“Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov qeybə çəkilib. Amma mən onu qeybdə də görürəm. Məsələn, Virciniya adalarındakı tək bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahibdir”. Xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. “Sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur. Onun şirkəti Britaniyanı


24.12.2022 - 09:32

Türkiyədə restoranın eyvanı uçdu, müştərilər dənizə düşdü - Xəsarət alanlar var

Türkiyənin Beşiktaş səmtinin Arnavutköy küçəsində yerləşən restoranlardan birinin eyvanı çöküb. Xəbər verilir ki, hadisə zamanı müştərilərdən bəziləri dənizə düşüb. Beşiktaş valisi dənizə düşərək xəsarət alan 4 nəfərin xəstəxanaya çatdırıldığını və onların həyati təhlükəsinin olmadığını açıqlayıb. Hadisə yerinə çoxlu polis, yanğınsöndürən və təcili yardım qrupları göndə


23.12.2022 - 13:45

Dönərxanalara yararsız ət satan şəxs tutuldu

Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar


21.12.2022 - 19:52

“Bandotdel” "Qəbələ Təndir"in sahibini saxladı - Hakim bəraət verdi

Binəqədi rayonu, M.K.Atatürk prospektində yerləşən "Qəbələ Təndir" restoranında qanunsuz qumar oyunları təşkil edildiyinə görə saxlanılan icarədəra bəraət verilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən 15 iyun 2022-ci ildə, saat 01:20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində "Qəbələ Təndir” adlı restoranda qumar


19.12.2022 - 17:04

Bakıda məşhur restorandakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bakıda Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranındakı yanğın söndürülüb.  Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 kvadratmetr olan restoranın bacasında yağ qalıqları və 4 poqonometr elektrik kabeli yanıb. Restoran yanğından mühafizə olunub.  Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 13:32 Bakının Parlament prospektində yerləşən məşhur “Naxçı


15.12.2022 - 10:40

Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə edib

Ali Antikorrupsiya Məhkəməsi (VAKS) keçmiş prezident Viktor Yanukoviçin bütün əmlakını dövlətin xeyrinə müsadirə edib. Xəbər verilir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz Telegram kanalında yazıb. “VAKS Yanukoviçin bütün əmlakını, o cümlədən Mejihiryadakı iqamətgahını, Suxoluçyadakı mehmanxana və restoran kompleksini, mənzili, pulu və yarım mindən çox mədəni sərvəti müsadirə edib”, -


01.12.2022 - 20:07

Vasif Talıbovun Naxçıvanda qoyduğu bəzi qadağalar götürüldü

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işlə


30.11.2022 - 14:13

Şəhidin həyat yoldaşına qarşı 120 minlik dələduzluq edən sayt rəhbəri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Abdinovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Əldə etdiyimiz məlumata görə, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb. Bakı Ağır Cinayətlər


28.11.2022 - 18:39

Bu restoranlarda nöqsanlar aşkarlandı - Siyahı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 21 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən edib. Bu barədə AQTA-dan məlumat verilib. Qeyd olunub ki, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnamə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41