Şənbə, 18 May

Axtarış

raket” üzrə 1132 nəticə tapıldı

20.05.2021 - 16:43

İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında Həmas hərəkatının istifadə etdiyi tunelə zərbələr endirib. Verilən məlumata görə, zərbə Beyt-Hanun şəhərində yerləşən obyektə endirilib. Bundan başqa, Qəzza zolağının şimalındakı Cəbaliyyə bölgəsində Həmasın raket qurğuları məhv edilib. Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında başlayan münaqişə nəticəsində 260-dan çox şəxs həlak olub.


18.05.2021 - 18:16

"ABŞ daha çox uşağı öldürməsi üçün İsrailə silah satır" - Cavad Zərif

Amerika istehsalı olan sursat fələstinlilərin üzərinə yağarkən, ABŞ daha çox uşağı daha çox “dəqiqliklə” öldürə bilməsi üçün İsrailə daha 735 milyon dollarlıq raketlər verir. Xəbər verilir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. “ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəyanatını belə əngəlləyir. İsrail və dəstəkçisi çirkin üzlərini gö


18.05.2021 - 17:53

Qəzza zolağında 132 bina dağıdılıb

İsrailin raket hücumları nəticəsində Qəzza zolağında ən azı 132 bina dağıdılıb, onlarla məktəb və xəstəxanaya ziyan dəyib. Xəbər verilir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiya ofisinin yayımladığı hesabatda deyilir. Qeyd olunub ki, 621 mənzil və kommersiya obyektləri daxil olmaqla 132 bina tamamilə dağılıb, 316 ev ciddi ziyan görüb və yaşayış üçün uyğun deyil. Daha 6500 mənzilə isə nisbətən az zərər


18.05.2021 - 16:14

AMEA rəhbərliyinin "fəaliyyəti" elmimizə hansı zərbələr vurur?

Qədim irs və qaynaqları olan elmimizin tarixini SSRİ-nin yaratdığı Elmlər Akademiyalarının tarixinə, üstəlik də qeyri-dəqiq 27 mart gününə pərçimləməyə axı nə kimi “tarixi-elmi” ehtiyac var idi? AMEA – Elmin inkişafında xalqın elmi potensialının aşkara çıxaran fundamental qüvvə - elmə maraq yaradan sosial mühitin yaradılması yönündə demək olar ki, yadda qalan hər hansı bir addım atmayıb Tahirə Allahyarova, professor “Hər bir yerdə müasir


18.05.2021 - 10:17

Livandan İsrailə mərmilər ATILDI

Livandan İsrailin ərazisinə altı mərmi atılıb, lakin onlar sərhədi keçməyiblər. Xəbər verilir ki, bu barədə İsrailin Müdafiə Ordusu bildirib. Daha əvvəl İsrailin şimalında, Livanla sərhədin yaxınlığında Misqav Am yaşayış məntəqəsində mümkün raket atəşi ilə bağlı həyəcan siqnalları işə salınıb. "Maariv" nəşri yazıb ki, Misqav Am sakinləri partlayışların əks-sədaları haqqında bildiriblər. "Livandan mə


16.05.2021 - 16:15

Azərbaycan Ordusu böyük təlimlərə başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı


16.05.2021 - 11:45

Qəzza zolağından İsrail ərazisinə hücum - 2,8 min raket 

Mayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb. Verilən məlumata görə, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus onlayn-brifinq zamanı deyib. C.Konrikus bildirib: "Atışma başlayandan bəri İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Onlardan 430-u Qəzza zolağının ərazisinə düşüb. Ordu isə öz növbəsində Qəzza zolağında 672 hərbi mövqeyə zərbə endirib". Qeyd edək ki, mayın 10


16.05.2021 - 09:10

HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirdi

Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı İsrailin bir neçə şəhəri istiqamətində raketlər buraxdığını açıqlayıb.  Verilən məlumata görə, bu barədə Fələstinin "Donia Al-Watan" radiostansiyası xəbər yayıb. Məlumata əsasən, raketlər İsrailin Tel-Əviv, Hader, Aşkelon və Sderot şəhərləri istiqamətində buraxılıb.


15.05.2021 - 15:10

Çinin kosmik aparatı Marsın səthinə endi

Çinin "Tianven-1" Mars kəşfiyyat vasitəsi uğurlu eniş edib. Xəbər verilir ki, bu barədə Çinin Milli kosmik idarəsi məlumat verib. Avtomatik planetlərarası stansiya "Tianven-1" 23 iyul 2020-ci il tarixində Çinin cənubundakı Haynan əyalətində yerləşən Venchan kosmodromundan "Çançjen-5" raket daşıyıcısının vasitəsi ilə orbitə buraxılıb. Aparat Marsın orbitinə fevral ayında çatıb.


15.05.2021 - 09:45

Suriyadan İsrailə atılan raket öz ərazisinə düşdü

Suriya ərazisindən İsrailə üç raket buraxılıb. Xəbər verilir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətinin tvitter səhifəsində məlumat verilib. Qeyd edilir ki, mərmilərdən biri elə Suriya Ərəb Respublikasının öz ərazisinə düşüb.


14.05.2021 - 15:52

İsraildə raket zərbələrindən 500-dən çox insan yaralanıb

İsrailə endirilən raket zərbələri nəticəsində ölənlərin sayı yeddiyə çatıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Dörd gün ərzində Qəzza sektorundan İsrailə ən azı 1750 raket atılıb, ölənlərin sayı yeddiyə çatıb. Raket zərbələri nəticəsində ümumilikdə 523 İsrail vətəndaşı yaralanıb.


14.05.2021 - 10:26

Qəzzada ölənlərin sayı artdı - Son rəqəmlə

Sön dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb. Xəbər verilir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd olunub ki, raket zərbələri nəticəsində İsrailin yeddi vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb. Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib. İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalları


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41