Bazar ertəsi, 20 May

Axtarış

məlumat” üzrə 13930 nəticə tapıldı

20.05.2024 - 13:20

Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib - Rəsmi

Azad olunan ərazilərdə mayın 13-19-da 11 tank əleyhinə mina, 24 piyada əleyhinə mina, 16 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Xəbər verilir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. 308.7 hektar ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlə


20.05.2024 - 11:26

Bakıda qadın və iki qız nəvəsi evdə bıçaqlandı 

Bakıda evdə 3 qadına xəsarət yetirilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 18, 19 və 61 yaşlı 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.  Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinə


20.05.2024 - 10:06

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 19-24° isti olacaq.


20.05.2024 - 09:22

Bakının bu ərazilərinin qazı kəsiləcək

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.  Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.  Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00


19.05.2024 - 19:06

İran prezidentinin qəzaya düşən helikopterindən son görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Xəbər verilir ki, prezidentin olduğu helikopterin axtarışları hələ də davam etdirilir.  Məlumata görə, İbrahim Rəisi "Araz dəhlizi"ndə tikinti işləri ilə tanış olub. Qəzanın Culfada baş vermə ehtimalı da bundan qaynaqlanır.  Prezidentin helikopterindən olan son görüntüləri təqdim edirik:  


19.05.2024 - 17:32

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Xəbər verilir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub. Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilmə


19.05.2024 - 16:55

2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1 044 nəfər insulindən asılı, 29 456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385 179 nəfərdir ki, onlardan 35 765 nəfəri insulində


19.05.2024 - 10:58

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.


19.05.2024 - 10:17

Düyü yenidən bahalaşa bilər

Növbəti aylarda düyü yenidən bahalaşa bilər. Məlumata görə, Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir. İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymə


19.05.2024 - 09:40

Bakıda mənzildə meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xəbər verilir ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


19.05.2024 - 09:02

Sərhəddəki ermənilərə vaxt verildi: İyunun 24-dək tərk edin

Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib. Xəbər verilir ki, bu barədə "Sputnik" agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb. "Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır", -


18.05.2024 - 22:42

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Məlumata görə, Qəbələ rayon sakini 1991-ci il təvəllüdlü Samir Mahir oğlu Ramazanlının idarə etdiyi "Khazar" markalı avtomobillə Şəki rayon sakini Ceyhun Mustafayevin idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı avtomobillərdə olan dörd nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Yaralılardan üç nəfərə xəstəxanada ambulator


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41