Bazar, 19 May

Axtarış

koronavirus” üzrə 1540 nəticə tapıldı

22.08.2021 - 10:34

Hindistan COVİD-19-a qarşı dünyanın ilk DNT peyvəndindən istifadə edəcək

Hindistan dünyada ilk dəfə olaraq koronavirus əleyihinə olan və təcili istifadə üçün nəzərdə tutulmuş DNT peyvəndlərindən istifadəni təsdiqləyib. Xəbər verilir ki, bu yeni vaksin növü "ZyCoV-D" adını daşıyır. Hindistanın peyvənd istehsalçısı "Cadila Healthcare" tərəfindən aparılan araşdırmaya görə, üç dozalı "ZyCoV-D" peyvəndinin vurulması effektlidir. "ZyCov-D" Hindistanda iynəsiz tətbiq olunan ilk COVID-19 peyvəndidir. Vaksin dəriyə nüfuz etmək üçün iynə


21.08.2021 - 17:16

Bir gündə 64 mindən çox insan vaksinasiya olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.


20.08.2021 - 21:30

ABŞ-da "Pfizer" peyvəndinin istifadəsi tamamilə təsdiq olunacaq

ABŞ Qida məhsuları və Dərman vasitələrinin nəzarəti üzrə İdarəsi BioNTech və Pfizer konsorsiumu tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndi tamamilə təsdiq etməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib. Qeyd olunub ki, dərmanın istifadəsinin tam təsdiqlənməsi özəl və ictimai təşkilatların məcburi vaksinasiya tətbiq etmək imkanlarını genişlə


20.08.2021 - 16:15

AZTV-nin aparıcısından sensasion çağırış: “Bacardığınız qədər vaksin vurdurmayın”

"Vaksinasiya olunmuş adam koronavirusa yoluxub və xəstəliyin ikinci həftəsini yaşayır. İkinci həftəsini də çox ağır keçirdir". Bu sözləri Azərbaycan Dövlət Televiziyasında "Ən doğrusu" verilişinin aparıcısı Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb. O, əlavə edib ki, məhz COVİD 19-a yoluxanların 90 faizi vaksinasiya olunan insanlardır: "Məsləhətim odur ki, bacardığınız qədər vaksin vurdurmayın". Qeyd edək ki, aparı


20.08.2021 - 10:15

Azərbaycan sərt qapanmaya gedir? - Operativ Qərargah təcili toplaşır

Bu gün Bakı Biznes Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olacaq. Xəbər verilir ki, brifinq saat 11:00-da başlayacaq. Brifinqdə karantin rejiminin yenidən sərtləşdirilməsiylə bağlı qərarların elan ediləcəyi gözlənilir.


19.08.2021 - 19:38

Azərbaycanda taksi istifadəçilərinin sayı iki dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 573 696,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 14,8% azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında avtobus nəqliyyatı ilə 673 624,4 min sərnişin daşınıb. Məlumata görə, hesabat dövründə minik taksilərindən 54 764,2 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyul aylarında taksi xidmə


19.08.2021 - 18:39

"Necə şiddətli, ağır xəstəlikdir" - Bu sözləri yazandan 2 gün sonra vəfat etdi

zərbaycanda müəllim koronavirusun qurbanı olub. Xəbər verilir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib. İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".


19.08.2021 - 17:52

İranda son sutkada 564 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 564 nəfər koronavirusdan (COVID-19) ölüb. Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 100255 nəfərə çatıb. İranda ötən sutka ərzində 31266 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4587683 nəfərə çatıb.


19.08.2021 - 14:52

"Delta"nın yeni ştamı yayıldı - Vaksin vurduranlar da yoluxur

İsveçdə koronavirus pandemiyasının yeni növü olan "Delta" ştammının yeni mutasiyası yayılıb. Xəbər verilir ki, azı səkkiz nəfər yeni mutasiyaya yoluxub. Onların hamısı Portuqaliyadan və İspaniyadan qayıdanlardır. Eyni zamanda, isveçli mütəxəssislər yeni mutasiyanın nə qədər yoluxucu olması barədə məlumata sahib deyillər. Həmçinin, xəstələr arasında COVID-19 peyvəndinin hər iki dozasını vurduran şəxslər də var.


19.08.2021 - 12:56

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 210 128 977 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 405 874 xəstə ölüb, 188 241 832 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (38 072 656 nəfər), Hindistan (32 320 898 nəfər), Braziliya (20 458 221 nəfər), Rusiya (6 663 473 nəfər) və Fransadır (6 533 383 nəfər). Türkiyədə 6 138 452, İranda 4 556 417, Gürcüstanda 496 376, Ermənistanda isə 235 675 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


19.08.2021 - 10:37

ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq

Sentyabrın 20-dən etibarən ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq. Xəbər verilir ki, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatda deyilir. Qeyd edilib ki, ABŞ mütəxəssislər uzun müddətli qorunmanı təmin etmək üçün əhaliyə peyvəndin əlavə dozasının vurulmasına ehtiyac olduğunu düşünür. Üçüncü doza yalnız səkkiz ay əvvəl tam peyvənd olunanlara vurulacaq. ABŞ


18.08.2021 - 18:40

Koronaya yoluxma sayı kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv xə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41