Şənbə, 18 May

Axtarış

koronavirus” üzrə 1540 nəticə tapıldı

18.06.2021 - 12:13

Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər 

"Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək". Xəbər verilir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib. "Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir.


17.06.2021 - 09:54

Azərbaycanda YENİ QADAĞA: Bu məkanlarda... 

COVID-19 pandemiyası ilə əlaqədar xidmət sahəsi müəssisələrinə dair tələblər müəyyənləşib. Bu, "müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"də öz əksini tapıb. Sənəddə bir sıra yeni qadağa və məhdudiyyətlər var. Sənəddə qeyd olunub ki, ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandı


16.06.2021 - 19:41

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib.


16.06.2021 - 17:38

Daha bir ölkədə komendant saatı və maska rejimi ləğv edilir

Fransada iyunun 21-də koronavirusa görə tətbiq edilmiş komendant saatı ləğv ediləcək. Xəbər verilir ki, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib. Məlumata görə, məcburi maska rejimi də ləğv edilir. Fransızlar artıq 17 iyun tarixindən açıq havada maska taxmayacaqlar. Maska taxmaq yalnız istisna hallarda, məsələn, izdihamlı yerlərdə, növbələrdə və bazarlarda, həmçinin qapalı yerlərdə tələb olunacaq.


16.06.2021 - 15:16

Bu ölkə COVID-19 epidemiyasının bitdiyini ELAN ETDİ

Sloveniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19 epidemiyasının bitdiyini açıqlayıb. Xəbər verilir ki, əhalinin vaksinasiyası və bəzi məhdudlaşdırıcı tədbirlər hələ davam edəcək. Belə ki, qapalı məkanlarda qoruyucu maska taxma tələbi, eyni zamanda müəssisələrdə insanların sayı ilə bağlı məhdudiyyətlər və məsafəni qoruma tələbi hələ qalır. Bundan başqa "qırmızı zona” ölkələrinin mütə


16.06.2021 - 14:17

Bu ölkədə qara göbələk epidemiya elan edildi

Koronavirusun episentri Hindistanda ortaya çıxan qara göbələk (mukormikoz) xəstəliyinin sayı günü-gündən artır.  Xəbər verilir ki, ölkənin Jarkand əyalətində qısa müddətdə qara göbələk (mukormikoz) xəstəlik sayının artması səbəbindən "epidemiya" elan edilib.  Belə ki, əyalətdə təxminən 130 nəfərdə  qara göbələk infeksiyasın rast  gəlinib.  Qeyd edək ki,  infeksiya ən çox burun, göz və beyinə tə


16.06.2021 - 11:33

Türkiyə - Uels oyununa nə qədər bilet satılıb?

AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir. Verilən məlumata görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələ


16.06.2021 - 11:15

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 177 414 471 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 3 838 506 xəstə ölüb, 161 859 168 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 352 185 nəfər), Hindistan (29 633 105 nəfər), Braziliya (17 543 853 nəfər), Fransa (5 744 589 nəfər) və Türkiyədir (5 342 028 nəfər). Rusiyada 5 236 593, İranda 3 049 648, Gürcüstanda 355 368, Ermənistanda isə 223 805 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölü


15.06.2021 - 18:16

Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır

Azərbaycanda son sutkada 40705 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31850 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 8855 nəfərdir. Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2816346 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1842954 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanları


14.06.2021 - 11:17

Agentlik "Leyla Medical Center"dəki növbə qalmaqalına aydınlıq gətirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Musavat.com-da iyunun 11-də dərc olunan yazı ilə bağlı açıqlama verib. Agentlikdən verilən məlumatda bildirilib ki, randevu sistemi "Leyla Medical Center" tərəfindən tənzimlənmir: "Bildirmək istəyirik ki, ölkəmizdə “COVID-19” infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  peyvəndlənmə prosesi davam edir. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyə


13.06.2021 - 19:52

G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar. Xəbər verilir ki, bu barədə bazar günü Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan razılaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi bildirib. "Biz Tayvan boğazında sülhün və sabitliyin əhə


13.06.2021 - 13:53

Namiq Qaraçuxurlunun son durumu - Koronavirusa yoluxdu

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Xəbər verilir ki, meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün Namiq Qaraçuxurlunu hava limanından geri qaytarıblar. Hazırda müğənni-meyxanaçı Rusiyada xəstəxanada müalicə alır.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41