Şənbə, 04 May

Axtarış

karantin” üzrə 1054 nəticə tapıldı

30.07.2021 - 09:35

İsrail üçüncü dozanın vurulması barədə qərar qəbul edən ilk dövlət oldu

İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib. Xəbər verilir ki, bu barədə “Тimes of Israel” məlumat yayıb. Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq. Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir. Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq. Qeyd edək ki, İsrail vətəndaşlarına peyvə


29.07.2021 - 21:35

Koronavirusa yoluxanların sayı azaldı - Günün statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 5 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 342548 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332574 nəfər müalicə olunaraq sağalı


29.07.2021 - 14:16

COVID pasportunu rüşvətlə almaq istəyənlərə XƏBƏRDARLIQ

Vaksinasiya prosesində neqativ hallara yol verilir. Xəbər verilir ki, bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur. Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alı


29.07.2021 - 13:55

Rusiyada bir gündə 799 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 23 270 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub. Xəbər verilir  ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 6 218 502 nəfərə çatıb. Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 156 977 nəfərə çatıb.


28.07.2021 - 15:11

“İnsanlar təlaş içindədir, qorxurlar ki, yenidən qapanma olacaq“ - Xuraman Şuşalı

“Əlbəttə, əvvəlki toylarla indiki toylar arasında fərq gözəçarpacaq dərəcədədir”. Bu sözləri müğənni Xuraman Şuşalı deyib. O, karantindən sonra iştirak etdiyi məclislərlə əvvəlkilər arasında xeyli fərq olduğunu bildirib:  “Əvvəlki məclislərlə indikilər arasında fərq çoxdur. Getdiyim məclislərdə baxıram ki, 150 nəfərdən artıq adam üçün süfrə açmırlar, ev yiyəsinin tələblərindən


26.07.2021 - 14:33

“Əgər yenidən qapanma olsa...” – Ekspert təhlükələrdən danışdı

“Xəbər yayılıb ki, bu gün Operativ Gərargahın iclası olacaq, müəyyən qərarların alınması gözlənilir. İnsanlarımız da narahatdırlar ki, hökumət yenə qapanmalara, sərt karantin tədbirlərinə gedə bilər. Açığı, sərtləşmənin olacağına inanmıram, sərtləşmə daha çox sosial ödənişlər deməkdir ki, bu mənada hökumətin verən əli yoxdur, pandemiya dövründə sosial ödənişlərə pul


26.07.2021 - 10:50

Operativ Qərargahın taksi şirkəti var?

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00


25.07.2021 - 18:29

Avropanı mitinqlər bürüdü - məhdudiyyətlərin sərtləşdirilməsi əhalini ayağa qaldırdı

Avropada pandemiya ilə bağlı tətbiq olunan və müzakirəyə çıxarılan məhdudyətlərə qarşı etirazlar keçirilib. Avropanın müxtəlif şəhərlərində on minlərlə adam COVİD-19-un yayılması və peyvəndlənmə ilə bağlı tətbiq olunan qaydalara etirazla bağlı küçələrə çıxıb. Ən böyük etirazlar Fransada baş verib. Təxminən 160 min etirazçı restoranlara, digər ictimai yerlərə girmək üçün xüsusi keçid, bütün səhiyyə işç


24.07.2021 - 18:50

“Modern Park” şadlıq sarayının sahibi məsuliyyətə cəlb olundu

Gədəbəy rayonunda karantin qaydalarını pozan restoran sahibi məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən “Modern Park” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən ediblər. Şadlıq sarayında keçirilən


21.07.2021 - 20:55

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.


21.07.2021 - 13:52

Alimlər yovşan ekstraktının koronavirusa qarşı təsirli olduğunu açıqlayıb

Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər. Xəbər verilir ki,bu barədə “Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir. Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olar, başqa sözlə, ilkin


21.07.2021 - 13:34

Üç şadlıq evinin rəhbəri HƏBS EDİLDİ

Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15