Şənbə, 18 May

Axtarış

karantin” üzrə 1055 nəticə tapıldı

20.08.2021 - 13:15

Azərbaycanda xüsusi karantin rejimi uzadılacaq

Sentyabrın 1-dən xüsusi karantin rejiminin uzadılması nəzərdə tutulur. Xəbər verilir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib. "Pandemiya hələ bitməyib. Yəqin ki, Operativ Qərargahın bununla bağlı qərarı olacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.


20.08.2021 - 12:35

Azərbaycanda sentyabrın 15-də məktəblər açıla bilər - Rəsmi

Azərbaycanda sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur. Xəbər verilir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Prezidentin köməkçisi qeyd edib ki, valideynlərin peyvənd olunması ilə bağlı hər hansı tələb yoxdur.  


20.08.2021 - 10:15

Azərbaycan sərt qapanmaya gedir? - Operativ Qərargah təcili toplaşır

Bu gün Bakı Biznes Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olacaq. Xəbər verilir ki, brifinq saat 11:00-da başlayacaq. Brifinqdə karantin rejiminin yenidən sərtləşdirilməsiylə bağlı qərarların elan ediləcəyi gözlənilir.


19.08.2021 - 20:00

"Hamilələr və hamiləlik planlaşdıranlar mütləq vaksin vurdurmalıdır" - AÇIQLAMA

"Dünyada çox nadir bilinən xəstəliklər var ki, bununla mübarizədə vaksin vurdurmamaq düşünülə bilər". Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O, hamilələrin və uşaq sahibi olmaq istəyənlərin mütləq peyvənd vurdurmalı olduğunu deyib və bunu ABŞ səhiyyə Nazirliyinin belə tövsiyə etdiyini bildirib: "ABŞ-ın Səhiyyə Nazirliyi 3 gün öncə tövsiyə edib ki, mütləq və mütləq


19.08.2021 - 19:38

Azərbaycanda taksi istifadəçilərinin sayı iki dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 573 696,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 14,8% azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında avtobus nəqliyyatı ilə 673 624,4 min sərnişin daşınıb. Məlumata görə, hesabat dövründə minik taksilərindən 54 764,2 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyul aylarında taksi xidmə


19.08.2021 - 18:39

"Necə şiddətli, ağır xəstəlikdir" - Bu sözləri yazandan 2 gün sonra vəfat etdi

zərbaycanda müəllim koronavirusun qurbanı olub. Xəbər verilir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib. İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".


19.08.2021 - 17:52

İranda son sutkada 564 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 564 nəfər koronavirusdan (COVID-19) ölüb. Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 100255 nəfərə çatıb. İranda ötən sutka ərzində 31266 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4587683 nəfərə çatıb.


19.08.2021 - 14:52

"Delta"nın yeni ştamı yayıldı - Vaksin vurduranlar da yoluxur

İsveçdə koronavirus pandemiyasının yeni növü olan "Delta" ştammının yeni mutasiyası yayılıb. Xəbər verilir ki, azı səkkiz nəfər yeni mutasiyaya yoluxub. Onların hamısı Portuqaliyadan və İspaniyadan qayıdanlardır. Eyni zamanda, isveçli mütəxəssislər yeni mutasiyanın nə qədər yoluxucu olması barədə məlumata sahib deyillər. Həmçinin, xəstələr arasında COVID-19 peyvəndinin hər iki dozasını vurduran şəxslər də var.


19.08.2021 - 14:16

Bakıda ikinci Formula1 yarışı keçiriləcək? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən FOM və yarışın təşkilatçıları Yaponiya Qran Prisinin ləğv olunması barədə qərar qəbul ediblər. Xəbər verilir ki, bundan sonra təqvimdə müəyyən boşluq yaranıb və FOM tezliklə təqvimin yeni versiyasını dərc edəcəyini bildirib. Formula1 azarkeşləri üçün, xüsusən də bu idmanın ölkəmizdəki azarkeşləri üçün Yaponiya Qran Prisindən əvvəl təqvimdə yer alan Türkiyə


19.08.2021 - 12:56

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 210 128 977 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 405 874 xəstə ölüb, 188 241 832 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (38 072 656 nəfər), Hindistan (32 320 898 nəfər), Braziliya (20 458 221 nəfər), Rusiya (6 663 473 nəfər) və Fransadır (6 533 383 nəfər). Türkiyədə 6 138 452, İranda 4 556 417, Gürcüstanda 496 376, Ermənistanda isə 235 675 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


19.08.2021 - 12:36

Jirinovskidən təklif: "Bu ölkəni bölək"

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Əfqanıstan böhranı ilə bağlı 3 həll variantı təqdim edib. Xəbər verilir ki, o, həll variantlarından biri kimi bu ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib. “Heç nə etmirik, heç kimi tanımırıq. Qoy, hər şey öz axarı ilə getsin. İkincisi, Tacikistan, Türkmənistan və Özbəkistana güclü dəstək veriririk ki, Əfqanıstandan hər hansı müdaxilə olmasın. Üçüncü


19.08.2021 - 11:38

Çində 3 yaşdan yuxarı uşaqlara vaksin vurulacaq

Çində üç yaşdan yuxarı uşaqlar peyvənd olunacaq. Xəbər verilir ki,17 yaşadək olan ölkə sakinləri Uxan laboratoriyasında yaradılmış “Sinopharm” vaksini ilə peyvənd olunacaq. Yetkinlik yaşına çatmayanlara yalnız ekstremal hal baş verən zaman vurulacaq. Uşaq peyvəndinin effektivliyinin 96.1% və preparatın tamamilə təhlükəsiz olduğu barədə istehsalçı zəmanət verib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41