Cümə axşamı, 02 May

Axtarış

jurnalist” üzrə 1047 nəticə tapıldı

23.02.2022 - 12:26

Mahmudovun quldur dəstəsi - “Dedi ki, buraxacağıq, bir neçə aya öləcəksən...”

Bakı Hərbi Məhkəməsində aylardır davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəisi müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə ötən gün fevralın 22-də növbəti məhkəmə prosesi keç


20.02.2022 - 12:19

Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib. Xəbər verilir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə


20.02.2022 - 11:01

Jurnalist deputatı canlı yayımda şillələdi - VİDEO

"Ukrayna 24" telekanalında yayımlanan "Söz azadlığı" teleşousunun efirində dava düşüb. Xəbər verilir ki, canlı efir zamanı jurnalist Yuri Butusov "Həyat Naminə Müxalifət Platforması" partiyasının üzvü, deputat Nestor Şufriçə hücum çəkib. Jurnalist ukraynalı deputatı rusiyapərəst mövqe tutmaqda ittiham edərək, ona şillə vurub. Mübahisə proqram boyu davam edib.


19.02.2022 - 16:30

İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib. Xəbər verilir ki, istefadan sonra Ramiz Mehdiyev jurnalistlərə kiçik açıqlama verib. O, iclasın yaxşı keçdiyini bildirib: “Məlumat verilib, bundan artıq məlumat verməyə ehtiyac görmürəm”. Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.


18.02.2022 - 15:32

Jurnalistlərə təzyiq göstərən polis işdən çıxarıldı - RƏSMİ

Bakıda jurnalistlərə qarşı nəzakətsiz davranış nümayiş etdirən polis əməkdaşı işdən çıxarılıb.  Xəbər verilir ki, bunu sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.  Onun sözlərinə görə, nəinki jurnalist, heç bir şəxsə qarşı belə hər hansı hüquqazidd əməl törədilməsi qəbul edilməzdir: “Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir.


18.02.2022 - 15:13

Rusiya Ermənistanla hərbi təlim keçirdi – Qırıcılar İrəvan səmasında

Rusiyanın Erebuni aviasiya hərbi bazasının pilotları və Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının hava hücumundan müdafiə bölmələrinin zenit bölmələri erməni hərbçiləri ilə birgə təlim tapşırıqlarını yerinə yetiriblər. Xəbər verilir ki, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib. “Təlim məşğələləri zamanı


17.02.2022 - 17:42

“Ukrayna ilə danışıqlar hələlik real görünmür” - Kreml

“Kiyev dəfələrlə Moskvaya Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi təklif edib. Lakin Rusiya tərəfinin danışıqların gündəliyi ilə bağlı sualı var”. Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Kiyev bizim sadə bir sualımıza cavab vermir. Bu görüş niyə, hansı məqsədlə olmalıdır? Deyiririk ki, Donbasdan başqa


17.02.2022 - 15:53

Zelenski Putini yenidən danışıqlara çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə danışıqlar aparmağı təklif edib. Xəbər verilir ki, Zelenski jurnalistlərin suallarına cavab verərkən bu barədə danışıb. “Diplomatiya biz danışıqlar masası arxasında əyləşdikdə başlayacaq”, - deyə Ukrayna Prezidenti söyləyib. O, danışıqların istənilən formatına hazır olduğunu da vurğulayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Zelenskinin bu açıqlamasına münasibət bildirib.


17.02.2022 - 15:34

"Müharibə"nin yeni vaxtı elan olundu

Amerikanın məşhur “Politico” qəzetində Rusiya-Ukrayna münaqişəsinə dair yeni maraqlı təhlil dərc edilib. Xəbər verilir ki, nəşr Moskvanın müharibəyə başlayacağı ehtimal edilən yeni tarixi açıqlayıb. Məqalə müəllifi analitiklərin şərhlərinə istinadla iddia edir ki, guya Rusiya Ukraynaya fevralın 20-dən sonra hücuma başlaya bilər. Müharibənin başlanma tarixinin əvvəlcədən fevralın 16-da olacağını deməklə isə diqqət əsas tarixdən


16.02.2022 - 18:25

Ukrayna yaxınlığında hərbi fəallıq - Ballistik raketlər işə salındı

Belarusda Rusiya-Belarus birgə hərbi təlimləri çərçivəsində Ukraynaya yaxın bölgədə “Toçka” ballistik raketlərindən istifadə edilib. Xəbər verilir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna sərhədinə yaxın Qomel şəhərinin Polyesski rayonunda 465-ci Raket Diviziyasının hərbçiləri “Toçka” taktiki ballistik raket kompleksindən atəş açıblar. Təlim çərçivəsində Belarus Müdafiə naziri Viktor Xrenin də 70 kilometr uzaqlıqdakı hədəflərə


16.02.2022 - 17:22

Ərdoğan və Putinin telefon danışığı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq. Məlumata görə, bunu Türkiyə dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.


16.02.2022 - 15:31

"NATO Ukrayna ətrafındakı vəziyyəti düzgün qiymətləndirə bilmir” - Peskov

“NATO Ukrayna ətrafındakı vəziyyəti düzgün qiymətləndirə bilmir”. Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “NATO-nun vəziyyətin qiymətləndirilməsi istiqamətində müəyyən maneələr var. Ona görə də həmin qurumun nümayəndələri vəziyyəti adekvat qiymətləndirə bilmirlər”, - Kreml rəsmisi vurğulayıb.


Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15