Şənbə, 04 May

Axtarış

həbsdə” üzrə 328 nəticə tapıldı

12.03.2024 - 12:35

“Formula-1”ə ayrılan pulları mənimsədi: Milyonluq əmlakına həbs qoyuldu

2015-2020-ci illərdə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.


10.03.2024 - 14:58

Dani Alveş həbsxanada intihar edib?

Braziliya millisində çıxış etmiş futbolçu Dani Alveşin intihar etməsilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölüm xəbərini futbolçunun qardaşı Ney Alveş təkzib edib. “Artıq onu məhkum etmisiniz, o artıq həbsdədir. İndi də onun öldüyünü görmək istəyirsiniz? Atamın 70-dən, anamın 60-dan yuxarı yaşı var. Sizin ailəniz yoxdur? İndi də belə məlumatları yaymağa davam edirlər”, - Ney bildirib. Bundan əvvəl


07.03.2024 - 20:15

“Quska” haqda yeni cinayət işi açıldı

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. Məlumata görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib. Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi


02.03.2024 - 11:34

İranlı müğənni bu mahnısına görə həbs olundu

İranlı müğənni Şervin Hacıpur Qremmi mükafatına layiq görülən “Baraye” adlı mahnısına görə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Xəbər verilir ki, bu barədə məlumatı “Alarabiya News” yayıb.  Məlumata görə, Hacıpur tərəfindən yazılan bu mahnı 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əminin ölümündən sonra ölkədə keçirilən kütləvi etiraz aksiyalarının himninə çevrilib.  Bunun ardı


27.02.2024 - 15:55

Narkotikə görə tutulan tiktoker azadlığa buraxıldı

Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb. Əldə etdiyimiz məlumata görə, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib. Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axş


27.02.2024 - 14:36

Bəylə gəlinin toyda atəş açması faciəyə SƏBƏB OLDU - VİDEO

Türkiyənin Amasya şəhərində təşkil edilən toy məclisi faciə ilə yekunlaşıb. Xəbər verilir ki, toyda bəylə gəlinin silahdan atəş açaraq əylənməsi qonaqlardan birinin həyatına son qoyub. Ötən il baş verən hadisə zamanı Mehmet Çelik adlı çavuş güllə yarası alıb. O, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Məlum hadisə ilə bağlı görüntülər sosial şəbəkə


26.02.2024 - 20:38

Məhkəmə Əvəz Zeynallıya 9 il həbs cəzası verdi

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il,


26.02.2024 - 16:17

Navalnını FSB killeri ilə dəyişmək istəyirdilər - İddia

Ötən həftə Rusiyada həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnı ilə sıx əməkdaşlıq edən Mariya Pevçik diqqətçəkən iddialarla çıxış edib. Xəbər verilir ki, o, məhbus mübadiləsində Navalnıdan istifadə ediləcəyini iddia edib. Pevçik bildirib ki, Navalnı ölən zaman məhbus mübadiləsində azadlığa çıxmağa yaxın olub. O, müxalifət liderini prezident Vladimir Putinin göstərişi ilə  ö


01.02.2024 - 15:30

İsrail 114 fələstinli məhbusu azad edib

İsrail hakimiyyəti əvvəllər həbsdə olan 114 fələstinlini, o cümlədən 4 qadını azad edib. Xəbər verilir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Bildirilir ki, bütün bu fələstinlilər İsrailin Qəzza zolağı ilə sərhədində yerləşən Kerem Şalom keçid məntəqəsindən buraxılıblar.


25.01.2024 - 11:05

Vardanyanın həbs müddəti UZADILDI

Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Xəbər verilir ki, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.


17.01.2024 - 17:36

Səlim Müslümova hökm oxundu

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Səlim Müslümova vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, mənimsəmədə və rüşvət almaqda təqsrili bilinərməklə 13 il


10.01.2024 - 15:52

Model Razini döymüş keçmiş sevgilisinin ittihamı ağırlaşdırıldı

Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamı, hazırda həbsdə olan Ziya Hüseynzadənin ittihamı ağırlaşdırılıb. Əldə etdiyimiz məlumata görə, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi üzrə ittiham elan edilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində Z.Hüseynzadə məcəllənin 127.2.2 (Qəsdən sağlamlığ


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15