Şənbə, 04 May

Axtarış

hadisə” üzrə 4115 nəticə tapıldı

31.03.2024 - 09:36

Bakıda nənəsi ilə yolu keçən 5 yaşlı uşağı avtomobil vurub

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Xətai rayonunda nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Vəliyev Amil Emil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


30.03.2024 - 17:45

Cəlilabadda fərdi ev yanıb kül oldu

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb. Məlumata görə, hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini Şahgəldi Əhmədova məxsus 200 kvadratmetr sahəsi olan evdə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən və texnikaların cəlb olunmasına baxmayaraq, ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


30.03.2024 - 13:19

Bürclər hansı psixoloji problemlərdən əziyyət çəkirlər?

Astroloqlar, bürclərin hansı psixoloji problemlərdən əziyyət çəkdiklərini açıqlayıblar. Sözügedən açıqlamanı təqdim edirik: Qoç bürcü Bu bürcün nümayəndələri son dərəcə şübhəci insanlardır. Onları paranoid şizoferinə (Xəyal dünyasında yaşadığı üçün normal həyat sürmək onun üçün çətindir. Ümumiyyətlə, 18-30 yaş arası insanlar arasında rast gəlinən bir haldır) yaxın da hesab etmək olar. Buğa bü


28.03.2024 - 20:25

Administrator iş başında ÖLDÜ

Bakıda kafedə ölüm baş verib.  Xəbər verilir ki, hadisə Nizami rayonunda yerləşən kafelərdən birində qeydə alınıb. Kafenin administratoru, 62 yaşlı Əliağa İsayev iş başında qəfil ölüb. Ölümün səbəbləri məlum deyil.


28.03.2024 - 14:44

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Ermənistan Baş naziri Nikol Paşinyanın son bir ay ərzində atdığı addımlar Rusiya ilə hərbi-siyasi münasibətlərin tamamilə məhv edilməsinə yönəldiyi təəssüratını yaradır. Bu sözləri açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. O bildirib ki, Nikol Paşinyan Vladimir Putini 15-17 martda prezident seçkiləri münasibəti ilə ən gec təbrik edən KTMT və Aİİ üzvü oldu: “Rəsmi protokol təbrikini əhatə edə


27.03.2024 - 20:14

Şəmkirdə yeddinci sinif şagirdi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayı


27.03.2024 - 14:55

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb, ölən var

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb. Xəbər verilir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus VAZ-2112 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü


27.03.2024 - 13:30

Batdığı palçığa təkrar girənlər – Solovyov Azərbaycan düşmənçiliyini gizlədə bilmədi

Məsəl var, deyərlər, “eşşək batdığı palçığa bir də girmir”. Ağlı və dərrakəsi uzunqulaq qədər də olmayan qalmaqallı rusiyalı telejurnalist Vladimir Solovyovun gönü necə qalındırsa, yenidən batdığı yerə girib. Xatirinizdədirsə, bir neçə il öncə, 28 iyun 2022-ci ildə adını çəkməyə belə iyrəndiyimiz bu məxluq Qarabağdakı qondarma və kriminal rejimin qalıqlarının “xarici işlər naziri” David Babayanla müsahibəsinə görə siyasi səhvə yol verdiyini etiraf


27.03.2024 - 10:44

Sumqayıtda 16 yaşlı qız itkin düşüb

Sumqayıtda 16 yaşlı qız itkin düşüb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Əbilova Nərmin Rövşən qızı yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib.


27.03.2024 - 08:57

Azərbaycanın quru sərhədləri açılmayacaq 

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”. Bunu açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov


26.03.2024 - 13:37

Moskvada bıçaqlı şəxs insanlara hücum edib: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib. Müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb. Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir. Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir. İlkin


25.03.2024 - 16:43

66 yaşında uşaq doğub: dünyanın ən yaşlı anası indi necə görünür? 

Pensiyaçı nəinki analıq xoşbəxtliyini yaşayıb, həm də Ginnesin Rekordlar Kitabına düşüb. Məlumat verilir ki, bu hadisə 2005-ci ildə baş verib. O zaman Rumıniya sakini Adriana İliesku 66 yaşında ilk dəfə ana olub. O, Eliza adlı bir qızı dünyaya gətirib və bununla da o dövrdə dünyanın ən yaşlı valideyni statusunu qazanıb. Bundan sonra Adriana tənqid atəşinə tutulub. Mətbuatın və ictimaiyyətin diqqəti ona yönəlib.


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15