Çərşənbə axşamı, 30 Aprel

Axtarış

ermənistan” üzrə 2985 nəticə tapıldı

21.04.2024 - 10:21

Amerikalı analitik: “Ermənistan Rusiya ilə münasibətləri kəsəcək”

“Ermənistan Rusiya ilə münasibətləri kəsəcək, amma bunu dərhal etməyəcək. Hadisələr məhz bu istiqamətdə inkişaf edir”. Xəbər verilir ki, bunu amerikalı analitik Metyu Orr  deyib. “Ermənistanın tamamilə Qərbin bir hissəsi olması variantı real deyil. Ona görə mərhələli prosesə üstünlük verilir. İstənilən halda Ermənistan Rusiya ilə iqtisadi və digər əlaqələri davam etdirəcək. Amma bu, onilliklər ə


20.04.2024 - 20:31

Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA

“Almaniya Azərbaycan və Ermənistan arasında dayanaqlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib. “Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırı


20.04.2024 - 19:05

“Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq” - Şarl Mişel

“İki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq”. Xəbər verilir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində yazıb. O bildirib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və


20.04.2024 - 14:37

Paşinyandan ilk - Açıqlama

“İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdi”. Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuş razılaşmanı şərh edərkən bildirib. “Mən istəməzdim ki, baş verənləri şişirdək, amma eyni zamanda qiymətləndirməməyimizi də istəməzdim”, - o əlavə edib. Qeyd edək ki, aprelin 19-da Azərbaycan


20.04.2024 - 11:09

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq”. Xəbər verilir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.


19.04.2024 - 13:40

Xocavənddə xeyli sayda partlayıcı qurğu TAPILDI

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış


17.04.2024 - 14:19

Fransa açıq düşmənçiliyə keçdi - Səfirin geri çağırılmasının pərdəarxası

Fransa rəhbərliyi ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasından sonra prezidenti Emmanuel Makronun artıq səfir Ann Boyonla görüş keçirdiyi vurğulanıb.  Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, bu addım rəsmi Parisin Azərbaycana olan aqressiv yanaşmasından xəbər verir: “Fransa 44 günlük müharibədən


15.04.2024 - 15:01

"Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi"  - Erməni deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi.  Xəbər verilir ki, bu barədə erməni deputat Artur Xaçatryan açıqlayıb.  "Hökumət başçısı və dörd yüksək vəzifəli məmur ABŞ-nin hər il verdiyi təxminən 15 milyon dollar və Aİ tərəfindən hər il 70 milyon avrodan az vəsaiti görüşmür və müzakirə etmir. Üç il əvvəl


15.04.2024 - 11:28

Tokayev İrəvandadır - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfər edib. Xəbər verilir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Tokayevi Zvarnots Hava Limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.  Qazaxıstan prezidenti İrəvana səfəri çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan, eləcə də Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.


13.04.2024 - 11:45

Tokayev Ermənistana gedir 

Aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.  Məlumata görə, burada o, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşəcək.  Səfərini baş çatdırdıqdan sonra K. Tokayev Qazaxıstanın seldən əziyyət çəkən bölgələrinə yola düşəcək. 


13.04.2024 - 10:05

Ordumuzun mövqeləri yenidən ATƏŞƏ TUTULDU

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


11.04.2024 - 19:30

İrəvan 4 kəndin əvəzinə nə istəyir? - Hərbi ssenari...

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə qayıdıb. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini, delimitasiya üzrə komissiyanın sədri Mger Qriqoryan


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42