“dizel” üzrə 58 nəticə tapıldı
2022-ci il Almaniya üçün benzin və dizel yanacağının qiyməti baxımından ən bahalı il olacaq və onun bitməsinə qalan iki ay statistik rəqəmləri dəyişməyəcək. Belə ki, fevral ayından Almaniyada dizel yanacağının qiyməti 2,30 avrodan, benzinin qiyməti isə 2,20 avrodan baha olub. Məlumata görə, öncəki rekord 2012-ci ildə qeydə alınıb. O zaman premium E10 markalı benzinin qiyməti orta hesabla bir litr üçün 1,589 avro, dizel yanacağının qiyməti
Uzun müddətdir sosial şəbəkələrdəki elan səhifələrində 90-cı illərin alman maşınlarına, həmçinin sovet istehsalı olan maşınlara rast gəlinmir. Yaxud təsadüfi hallarda belə elanlar görünür. Avtomobil ekspertlərinin fikrincə, artıq indi alıcılar ekonom, mühərrik həcmi az olan avtomobillərə daha çox üstünlük verirlər. Bəs görək, hansı avtomobillərin xaricdən gətirilməsi kəskin azalıb və ya
Parisdə yanacaqdoldurma məntəqələri neft sənayesində tətillər səbəbindən yanacaq çatışmazlığı fonunda benzin alışına 50 avroluq limit tətbiq ediblər. Məlumata görə, cümə axşamı şəhərin Trocadero meydanında yanacaq doldurmaq üçün uzun avtomobil və motosiklet növbəsi yaranıb. Bu ərazidə nəqliyyat vasitələrinin sıxlığı çox olduğundan hərəkət çətinləşib. Yanacaqdoldurma məntəqəsində yaranan növbə polis patrulları tərəfindən tənzimlənib.
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. Məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilin yanvar və
Ekspert: “Bu o deməkdir ki, ölkəyə sıradan çıxmış avtomobillər deyil, yeni avtomobillər gətiriləcək” Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək. Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib. Belə ki, qaydaya əsasə
Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq. Xəbər verilir ki, bunu açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellə
Tarif (qiymət) Şurası bildiririk ki, aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək və ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur. Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarını
Nazirlər Kabineti “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” 6 fevral 2014-cü il tarixli qərarında dəyişiklik edib. Xəbər verilir ki, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb. Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağ
Bir vaxtlar həm avtomobil, həm də alıcı ilə qaynayan bazarda indi sakitlik hökm sürür. Satıcılar deyirlər ki, son aylar bazarda, demək olar ki, alıcı yoxdur. Kifayət qədər adam gəlir, maraqlanır, gedir. Amma maraqlananlar maşın almadan bazardan çıxırlarsa, onları alıcı adlandırmaq olmaz. Xəbər verilir ki, satıcılar benzinlə işləyən avtomobillərin qiymətinə nisbətən dizel yanacağı ilə işləyən avtomobillərin
Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1705,4 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 15,4 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, yanacaq mazutunun istehsalı 2,7 dəfə, neft bitumu 17,8 faiz artıb, avtomobil benzininin istehsalı 13,1 faiz, sürtkü yağlarının istehsalı 29,9 faiz, dizel yanacağının istehsalı 29,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 33,1 faiz, neft koksunun istehsalı isə 41,1 faiz azalıb.