Çərşənbə axşamı, 19 Mart

Oktyabrdan elektromobil və hibrid avtomobilləri yeni qaydada kreditləşdiriləcək - nələrə diqqət etməli...

image

Ekspert: “Bu o deməkdir ki, ölkəyə sıradan çıxmış avtomobillər deyil, yeni avtomobillər gətiriləcək”

Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək. Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib.

Belə ki, qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.

Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.

Beləliklə, elektromobillərin və hibrid avtomobillərin yeni qaydada kreditləşdirilməsi avtomobil bazarında nə kimi dəyişikliyə səbəb olacaq? Gözləntilər nədir?

Yeni tikilən tunellər qatarların fasiləsiz və sürətli hərəkətini təmin edir”

Yasin Mustafayev 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı məsələni belə şərh etdi: “Son dövrlər inkişaf etmiş ölkələrdə, eləcə də dünyanın bütün ölkələrində elektrikli və hibrid tipli avtomobillərə keçid edilir. Artıq ekoloji vəziyyət elə bir həddə gəlib çatıb ki, insanlıq, bəşəriyyət məcburdur ki, bu sistemə keçsin. Əslində elektromobillə hibridin fərqinə biz diqqət etsək, görərik ki, hibrid də elə benzin və dizel mühərriklərdən ibarətdir. Sadəcə onlarda əlavə elektrik mühərriki yerləşdirilib. Bəzi hərəkətlərdən, əyləcdən elektrik yığaraq qısa bir məsafədə hibrid motoru avtomobili hərəkətə gətirə bilir. Elektromobildə isə tamamilə elektrikli bir sistemdir. Demək olar ki, elektrik enerjisi ilə yüklənir və sırf elektrik enerjisi ilə hərəkət edir. Buna yaşıl enerji deyirik.

Düzdür, elektrik enerjisi alınanda da elektrik stansiyalarda yanacaq sərf olunur. Su, günəş, külək elektrik stansiyaları mövcuddur. Bu istiqamətdə də dünya üzrə proseslər gedir, eləcə də ölkəmizdə. Bu baxımdan elektromobillərin daha da geniş tətbiq olunması, ölkəyə gətirilməsi daha çox təşviq edilir, nəinki hibrid avtomobillərin. Bu ilin yanvar ayından bəri hibrid və elektrikli avtomobillərdə əlavə dəyər verigisi (ƏDV) 2 illik azad edilib. Kim son iki ildə hibrid və elektrikli avtomobilləri ölkəyə gətirsə, gömrükdə ƏDV ödənişindən azad edilib. Bu çox böyük addımdır. Fikrimcə, bu iki ilik müddəti əhatə etsə də, vaxtı uzadılacaq. Eyni zamanda, kreditlə verilən avtomobillərdə bu məsələnin tətbiq edilməsi bir daha ölkəyə hibrid və elektrikli avtomobillərinin gətirilməsinin təşviqi yönündə atılmış mühüm addımdır. Bu gətirilən avtomobillərdə də görürsünüz ki, 3-2 ilə qədər müddət qoyublar. Bu o deməkdir ki, ölkəyə köhnəlmiş, sıradan çıxmış avtomobillər deyil, yeni avtomobillər gətirilməsi tövsiyə olunur, ona şərait yaradılır. İlkin ödəniş 10-20 faiz çox kiçik bir rəqəmdir. Normal avtomobillərdə 40-50 faizdən başlayır. Amma elektrikli, hibrid avtomobillərdə bu istiqamətdə təşviqin aparılması həqiqətən də ekologiyamızda yaranmış bu çıxılmaz vəziyyətdən bir qurtuluş yoludur.

Təklif edərdim ki, kredit ayırmaları prudensial normalarında ənənəvi avtomobillərin, istər benzin, istərsə də dizel olsun bunlarda kredit ayırmaları səviyyəsi bir az da  artırılsın. Misal üçün 30-dursa, 40, 40-dırsa, 50 faiz edərək ilkin ödənişi çoxaltmaq lazımdır ki, vətəndaşlarda daha çox təşviq olsun. Yəni bununla da ölkəyə daxili yanma mühərrikli deyil, hibrid və elektrikli avtomobillər gətirsinlər".

Qeyd edək ki, 2018-ci ildən etibarən Azərbaycana çoxsaylı hibrid avtomobillərin gətirilməsi ölkənin avtomobil parkında onların payını əhəmiyyətli şəkildə artırıb. Bu cür maşınlara marağın əsas səbəbi qiymətin münasib, yanacaq sərfiyatının isə az olması ilə bağlıdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan “Toyota prius”, “Toyota Corolla” markalı avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.

Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra bu avtomobillər gömrük rüsumundan azad edilib. Belə ki, 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub. Vətəndaşlar hibrid avtomobillərin keyfiyyətindən razı qalsalar da, kredit şərtlərinin ağır olduğunu deyirdilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11