Bazar, 19 May

Axtarış

covid19” üzrə 1055 nəticə tapıldı

04.06.2021 - 12:12

Ramiz Mehdiyev koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub. Xəbər verilir ki, bu barədə AMEA-dan məlumat daxil olub. Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.


03.06.2021 - 20:55

İmmunitet sertifikatını necə almaq olar? - AÇIQLAMA

COVID-19-la əlaqəli immunitet sertifikatını kağız formasında almağa ehtiyac yoxdur. Xəbər verilir ki, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə İşçi qrupunun üzvü Günay Quluzadə deyib. Nazirlik rəsmisi bildirib ki, mobil tətbiq vasitəsilə sertifikatı elektron şəkildə yükləmək yetərlidir.


03.06.2021 - 17:00

Bu şəxslərə peyvənd vurulmamalıdır - DİQQƏT

Koronavirus əleyhinə peyvəndin əks göstəriş olduğu hallar açıqlanıb. Xəbər verilir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, süd verən analar, hamilə qadınlara peyvənd vurula bilməz. Qeyd olunub ki, bundan başqa istənilən xəstəliyin kəskin dövründə peyvənd əks göstərişdir.


03.06.2021 - 16:40

İranda sutka ərzində koronavirusdan 170 nəfər öldü

İranda ötən sutka ərzində 170 nəfər koronavirusdan (COVID-19) ölüb. Verilən məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 80 658 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 9 657 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 945 100 nəfərə çatıb. Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyə


02.06.2021 - 19:13

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - Statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib. 3 944 nəfər aktiv xə


02.06.2021 - 16:28

COVID-19 pasportu olmayanlar məscidə ibadətə buraxılmayacaq

Məscidlərdə yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Verilən məlumata görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarda qeyd edilib. Qaydalara görə, məscid və digər ibadət yerlərinə gələn şəxslə


01.06.2021 - 16:27

Dünyada ilk dəfə Çində H10N3 quş qripinə yoluxma halı qeydə alınıb

Çinin cənubunda yerləşən Szyansu vilayətində dünyada ilk dəfə insanın H10N3 quş qripinə yoluxması halı qeydə alınıb. Məlumat verilir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Məlumata görə, Çjenszyan şəhərinin 41 yaşlı kişi sakini aprel ayının sonlarında hərarət hiss edib və bir neçə gün sonra vəziyyətinin pisləşməsi səbəbində


31.05.2021 - 19:32

Avtomobillərdə maskadan istifadə etmək məcburidir? - RƏSMİ AÇIQLAMA

Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil. Xəbər verilir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O, hərəkət iştirakçılarına müraciət edib: “Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şə


31.05.2021 - 17:45

Formula 1 yarışı ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti necə tənzimlənir? - Video

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti bu gün saat 01:00-dan etibarən 8 iyun səhər saat 06:00-dək dayandırılıb. Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən


31.05.2021 - 16:44

Çində virusa yoluxma artdı: Şok qərar – Səyahətlər dayandırılır

Çinin cənubunda yenidən COVID-19 virusuna yoluxma halları artıb. Xəbər verilir ki, ölkənin cənub əyaləti olan Quanqdonqda koronavirusa yoluxma hallarının artması səbəbilə regiona olan səyahətləri təxirə salıb. Rəsmi açıqlamaya görə, 15 milyon sakini olan Quanqdonqda əyalətində 18 nəfərdə virusa yoluxma qeydə alınıb. Əyalətdən çıxan hər kəs COVID-19 testindən keçirilir.


31.05.2021 - 10:58

Dünyada COVİD-19: Yoluxanların sayı 170 milyon nəfərə çatır

Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 169 953 037 təşkil edir. Xəbər verilir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti bildirib. Qeyd edilir ki, virusun yayılmasının başlanğıcından bu günə kimi dünyada COVID-19-dan ölənlərin sayı 3 533 629 nəfərə çatıb. COVID-19-a yoluxma hallarının 15 milyondan çox olduğu ölkələrin siyahısının ilk üçlüyünə ABŞ, Hindistan və Braziliya daxildir. Xatırladaq ki, koronavirus


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41