Şənbə, 18 May

Axtarış

Vəkillər” üzrə 175 nəticə tapıldı

10.11.2021 - 21:30

Mişanı məhkəməyə gətirmədilər, vəkillər zaldan çıxdı

Bu gün Mixail Saakaşvilinin türmədə məhkəmə prosesi keçirilib. Xəbər verilir ki, vəkillərin tələbinə baxmayaraq, hakim heyəti Saakaşvilinin məhkəməyə gətirilməsini təmin etməyib. Daha sonra vəkillər Beka Basiliya və Şota Tutberidze prosesi İctimai Televiziya da daxil olmaqla, digər media qurumlarının da buraxılması üçün vəsatət qaldırıblar. Bu vəsatət də təmin edilməyib. Nəhayət, digər və


10.11.2021 - 18:15

Eldar Həsənovun vəsatəti təmin edilmədi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Ağayev vəkillərin suallarını cavablandırıb. Daha sonra təqsirləndirilən şəxsin vəkilləri E.Həsənovun xəstəliyinin


26.10.2021 - 15:57

Saakaşvilinin daha iki həkimə ehtiyacı var - Kipşidze

“Keçmiş Prezident Mixail Saakaşvilinin müalicəsi ilə məşğul olan xüsusi həkim qrupunun tərkibi genişləndirilməlidir”. Xəbər verilir ki, bunu siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. Onun sözlərinə görə, sözügedən qrupa qastroenteroloq və aritmiya üzrə mütəxəssis də cəlb olunmalıdır. N.Kipşidze, həmçinin qeyd edib ki, Saakaşvilinin testlərinin və analizlərinin nəticəsi normaldır. Bununla yanaşı, həkim


23.10.2021 - 18:02

Məhkəmələrdə nələr baş verir? - "Hakimin biri yatır, o biri telefonla oynayır..."

Tanınmış vəkillər məhkəmə-hüquq sistemində baş verənlərdən narazıdırlar. Onların bir neçəsi sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirdikləri şikayətlərdə ölkədə ədalət mühakiməsinin mövcudluğu şübhə altına alınır. Vəkil Cavad Cavadov "Facebook" hesabında bildirib ki, cinayət mühakimə icraatında durum dəhşətdir: "Məhkəmələr ittiham aktını təsdiq etməklə məşğuldular. Ara-sıra bə


22.10.2021 - 12:45

Deputatlar işıq və qaza aylıq nə qədər pul ödəyir? - “Kimə nə dəxli var?”

Tarif (qiymət) Şurasının 16 oktyabrda qəbul etdiyi qərara əsasən, təbii qazın və elektrik enerjisinin tarif qiymətləri qalxıb. Elə həmin gün dövlət başçısı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" imzaladığı sərəncama görə, əməkhaqları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı tapşı


21.10.2021 - 19:47

Ukrayna virusun əlində aciz qalıb: 546 nəfər öldü

Keçən ay tətbiq edilən sərt qadağalara baxmayaraq, Ukraynada COVID-19-dan yeni anti-rekord sayda ölüm qeydə alınıb. Ukrayna Səhiyyə Nazirliyi oktyabrın 21-ə olan açıqlamasında bildirib ki, son 24 saat ərzində 22.415 yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Qeyd edək ki, ən son anti-rekord aprelin 3-də, 20.341 yoluxma ilə qeydə alınmışdı. Son bir gündə xəstəlikdən ölənlərin ümumi sayı 546-ya yüksəlib. Ümumilikdə, 41 milyonluq Ukraynada 62 minə qədər insan koronavirus


18.10.2021 - 18:23

Arvadını öldürən sabiq hakim apellyasiya şikayəti verib

Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Xəbərə görə, sabiq hakimin vəkilləri şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim ediblər. Qeyd edək ki, Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, bu il mayın 30-da paytaxt sakini Əhmə


13.10.2021 - 20:54

Saakaşvilinin vəziyyəti daha da pisləşdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti daha da pisləşib. Xəbər verilir ki, bu barədə sabiq prezidentin vəkilləri məlumat yayıblar. Onların sözlərinə görə, eks-prezident mənəvi cəhətdən möhkəmdir və Gürcüstan vətəndaşlarını cümə axşamı yenidən etiraz aksiyasında iştirak etməyə çağırır. Vəkillər qeyd ediblər ki, söhbət ümumxalq aksiyasından gedir. Saakaş


13.10.2021 - 15:53

Prokuror general Rövşən Əkbərova 11 il cəza istədi - MƏHKƏMƏ

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xəbər verilir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi elan olunub. Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gə


12.10.2021 - 15:35

“MTN İŞİ”NDƏ Ramiz Mehdiyevin istintaqa cəlb olunmasını istədilər  

Həbsdə olan general, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev məhkəmə önünə çıxarılıb. O, tək deyil, vaxtilə MTN-də tabeliyində çalışan şöbə rəisi Vüsal Ələkbərov, şöbə rəisinin müavini Sahib Ələkbərov və idarənin rəis müavini Yasin Məmmədovla birlikdə mühakimə olunur. Amma adıçəkilən üç nəfər cinayət məsuliyyətinə cəlb olunsa


11.10.2021 - 15:16

Mövlam Şıxəliyev ev dustağı olmaq istəyir - Məhkəmə

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əlikbərovvə istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəbər verilir ki, cinayət işinə Bakı Hərbi


08.10.2021 - 19:43

Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirildi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə Serbiya səfirliyində işləyən 4 nəfər şahid qismində dindirilib. Prokurorluq və vəkillərin suallarını cavablandıran şahidlər bildiriblə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41