Cümə, 17 May

Axtarış

Ukrayna” üzrə 4542 nəticə tapıldı

05.12.2023 - 11:52

Alla Puqaçova Londona köçür

SSRİ Xalq artisti Alla Puqaçova Kiprin Limassol şəhərindən İngiltərənin London şəhərinə köçəcək. Xəbər verilir ki, bu iddia ilə Rusiyanın NTV telekanalında yayımlanan “Novıye russkiye sensatsii” verilişi çıxış edib. Onun yaxın vaxtda Londona gedəcəyi gözlənilir. Lakin nə Puqaçova, nə də həyat yoldaşı Maksim Qalkin bunu təsdiq edib. Xatırladaq ki, cütlük Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdə İsrailə köçüb. İsrail-HƏMAS


03.12.2023 - 13:08

"Zelenski səhv qərarlarının əvəzini ödəyir" - Kliçko

"Ukrayna prezidenti Volodimir Zelenski səhv qərarlarının əvəzini ödəyir, ona görə də onun siyasətçi kimi populyarlığının azalması təəccüblü deyil".  Xəbər verilir ki, bu fikri Kiyevin meri Vitali Kliçko bildirib. "Prezident bu gün mühüm funksiyanı yerinə yetirir və biz onu müharibənin sonuna qədər dəstəkləməliyik. Amma bu müharibənin sonunda hər bir siyasətçi uğurlarının və uğursuzluqlarının ə


02.12.2023 - 16:30

Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”

Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər. Bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib. O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb. Xatırladaq ki,


02.12.2023 - 10:58

Estoniyadan kimlər deportasiya olunur?

Estoniyanın baş naziri Kaya Kallas Rusiya vətəndaşlığını qəbul edən estonların ölkədən deportasiyası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Xəbər verilir ki, bu barədə o, “X” hesabında paylaşım edib: “Rusiya Federasiyasının Ukrayna dövlətinə və xalqına hücum etdiyi bir vaxtda Estoniyada yaşayan bir şəxsin Rusiya Federasiyası vətəndaşlığını almağa qərar verməsi onu göstərir ki, zəruri


02.12.2023 - 10:27

Ukrayna və Rusiya gizli danışıqlar aparır - İddia

“Rusiya Federasiyası rəsmiləri Ukrayna prezident Volodimir Zelenski və Ağ Evin etirazlarına baxmayaraq, Gerasimov-Zalujnı müstəvisində gizli sülh danışıqlar aparırlar”. Xəbər verilir ki, bu iddia ilə amerikalı jurnalist Seymur Herş çıxış edib. Onun sözlərinə görə, tərəflər son dövrlər cəbhədəki əməliyyatlarda uğur əldə etmədikləri üçün gizli yollarla masaya oturmaq qərarına gəliblər. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı olan Valeri Zalujnı


01.12.2023 - 15:33

Poroşenkonun Ukraynadan çıxmasına icazə verilməyib

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun ölkədən çıxmasına icazə verilməyib. Xəbər verilir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, əlində Rada sədrinin imzası ilə sənəd olsa da sərhəddə buraxılmayıb və xaricə beynəlxalq görüşlərə getməsinə icazə verilməyib. "Mən sərhədçilərin öz təşəbbüsləri ilə hərəkət etdiklərini düşünmək fikrindən uzağ


01.12.2023 - 14:16

“Müharibədə yeni mərhələ başlayıb” - Zelenski

“Rusiya ilə müharibədə yeni mərhələ başlayıb”. Xəbər verilir ki, bunu “Associated Press”ə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.  Onun sözlərinə görə, qış Ukrayna Silahlı Qüvvələrinin yaydakı əks-hücumundan sonra hərbi əməliyyatları çətinləşdirəcək. Zelenski qeyd edib ki, daimi silah və qüvvə çatışmazlığından əks-hücum arzuolunan nəticələri verməyib. O, həmçinin nəticələrdən razı qalmadığını əlavə edib.


01.12.2023 - 12:12

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin cümə günü Novo-Oqarevoda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.  Xəbər verilir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.  "Putin Oqarevoda işini davam etdirir. Günün ortasında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirmək niyyətindədir. Biz iclasda baxılacaq mövzular barədə məlumat verəcəyik”, – Peskov


30.11.2023 - 15:24

"Donbası qaytarmaq Krımdan daha çətin olacaq" - Zelenski

"İşğaldan sonra Donbasdan insanları geri qaytarmaq Krımdan daha çətin olacaq, çünki orada hərbi əməliyyatlar aparılıb və separatizm daha geniş yayılıb".  "Xəbər verilir ki,  bunu Ukrayna prezidenti Volodimir Zelenski Nikolay ali təhsil müəssisəsinin tələbələri ilə görüşdə deyib.  "Ola bilər ki, biz Ukraynaya bu ərazilərin əhalisini deyil, əvvəllər işğal olunmuş əraziləri qaytaracağıq. Donbası götürsək, oradakı insanlar 10 ildir ki, başqa məkanda yaşayı


30.11.2023 - 12:42

Rusiyada Çinə gedən strateji dəmir yolu partladıldı

Baykal-Amur magistral dəmir yol xəttində partlayış baş verib. Bu, Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu idi. Xəbər verilir ki,  bu  barədə Ukrayna mətbuatı məlumat yayıb. KİV bildirir ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin  növbəti uğurlu əməliyyatıdır.  “Bu gecə Baykal-Amur magistralında, daha doğrusu Severomuy tunelində partlayış baş verib. Əslində, bu, Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu əlaqəsidir. Və hazırda


29.11.2023 - 15:22

Çindən və Cənubi Koreyadan Azərbaycana gələnlərin sayı artıb

Çindən və Cənubi Koreyadan Azərbaycana gələnlərin sayı artıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğı


29.11.2023 - 12:23

"Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü ordusudur" - Kuleba

Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü ordusudur.  Xəbər verilir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun fikrincə, bütün Avro-Atlantik ictimaiyyət Ukraynanın Rusiya ilə münaqişədə qələbəsində maraqlı olmalıdır: "Ukrayna Avropanın ən güclü və döyüşkən ordusuna malikdir".


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41