“Twitter” üzrə 249 nəticə tapıldı
“Tesla” və “SpaceX”in sahibi, milyarder İlon Mask Ukraynaya dəstəyini ifadə edib. Amerikalı iş adamı özünün “Twitter” səhifəsində ardıcıl olaraq iki status paylaşaraq “Ukraynanı güclü tutun” və “Müharibənin əleyhinə olan böyük Rusiya xalqına rəğbətimi bildirirəm” cümlələrini yazıb. Qeyd edək ki, Rusiya silahlı qüvvələri fevralın 24-dən etibarən Ukraynada hərbi əməliyyatlar keçirir.
Kanadalı deputat Çarli Anqus Rusiya səfirliyinin yerləşdiyi küçəyə Ukrayna prezidenti Vladimir Zelenskinin şərəfinə adlandırılmasını təklif edib. Xəbər verilir ki, bu barədə o, "Twitter"də yazıb. "Bu, sadə təklifdir. Rusiyanın Kanadadakı səfirliyi Ottavanın Şarlotta küçəsində yerləşir. Biz niyə onun adını Zelenski qoymuruq? Çünki Vladimir Zelenski Rusiyanın dünya ilə münasibətlərini dəyişib", - o deyib.
Rusiya mətbuatının bəzi saytları “Anonymous” haker qrupunun hədəfinə çevrilib. Haker hücumları nəticəsində “Kommersant”, “İzvestiya”, TASS, RBK və “Fontanka” kimi Rusiya saytlarına daxil olmaq mümkün deyil. “Anonymous”un rəsmi “Twitter” hesabında bildirilib ki, son 48 saatda Rusiya dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və bankların 300-dən çox saytına hücum olub.
Rusiyada "Twitter" əlçatanlıq dayandırılıb. Xəbər verilir ki, saat 13:00-dan etibarən Moskva başda olmaqla, bir çox şəhərdə Twitter işləmir. Son sutkada da "Facebook" və "Instagram"ın işində də problem olub.
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar NATO-nun təcili iclasını çağırıb. Məlumata görə, bu barədə B.Conson öz "Twitter" səhifəsində yazıb. "Bu, qitəmiz üçün böyük faciədir. Mən bu gün həm də xalqa müraciət edəcəyəm. Mən G7 liderləri ilə danışıqlar aparacağam. NATO-nun mümkün qədər təcili
“Rusiya Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım”. Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında məlumat verib. Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin
Ukrayna Rusiya və Vyana sənədinin digər iştirakçı dövlətləri ilə təcili görüş tələb edib. Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba məlumat verib. Tələb Ukraynanın öz sərhədləri yaxınlığında hərbi fəaliyyətin təfərrüatını açıqlamaq üçün Rusiyaya göndərdiyi sorğu üzrə verilən müddətin başa çatmasından sonra səsləndirilib. "Rusiya bizim Vyana Sənədi ü
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin hakim “Nur Otan” partiyasının sədri seçilib. Xəbər verilir ki, bu barədə Tokayevin mətbuat xidməti “Tvitter”də bildirib. “Partiyanın növbədənkənar XXI qurultayının qərarı ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib”, - Tokayevin mətbuat xidməti Twitter-də bildirib. Tokayevin bu vəzifəyə namizədliyini indiyədək siyasi qüvvənin
2021-ci ildə Azərbaycanda özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub. Xəbər verilir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3% artaraq 4,5 mlrd. manata çatıb.
İsrailin müdafiə naziri Benni Qantsın COVID-19-a yoluxub. Xəbər verilir ki, o, bu barədə "Twitter" hesabında koronavirusa yoluxduğunu açıqlayıb. "Koronavirusa yoluxdum. Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm. Bir müddət evdən işimə davam edəcəyəm. Sağlam qalın, təlimatlara əməl edin və peyvənd olun" , - deyə, o, hesabında qeyd edib.
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib. Xəbər verilir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi "Twitter" hesabında bildirilib. "Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoş
“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib. Xəbər verilir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də bildirib. Məlumata görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək. İstifadəçilər paylaşı