“Tvitter” üzrə 137 nəticə tapıldı
“Tesla”, “SpaceX” və "X" ("Twitter") şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın həyatı film olacaq. Xəbər verilir ki, ekran işinin rejissorluğunu amerikalı Darren Aronofiski edəcək. O, daha əvvəllər “Black Swan”, “Requiem for a Dream” və “The Whale” kimi filmləri çəkib. 52 yaşlı Maskın həyatı film və televiziya şirkəti “A24” tərəfindən lentə alınacaq. İlon Mask son zamanlar Tvitterdə verdiyi açıqlamaları ilə gündəmə gəlir. “Forbes” jurnalının yaydığı
X (Tvitter) sosial şəbəkəsi istifadəçiləri bloklamaq imkanını aradan qaldırmaq qərarına gəlib. Xəbər verilir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask deyib. Bunun dəqiq nə vaxt baş verəcəyi hələ məlum deyil. Mask daha ətraflı açıqlama verməyib.
Məşhur milyarder İlon Mask və "Facebook"un rəhbəri Mark Zukerberqin qəfəs döyüşünün harada baş tutacağı məlum olub. Xəbər verilir ki, bu barədə "Tvitter"in rəhbəri İlon Mask sosial media hesabında paylaşım edib. O bildirilib ki, avqustun 26-na planlaşdırılan döyüş İtaliyada baş tutacaq: "Mən İtaliyanın baş naziri və mədəniyyət nazirləri ilə əlaqə saxladım. Onlarla məkan barədə razılığa gəldik. Dö
İyul ayının əvvəllərində "Meta" şirkəti tvitterin analoqu hesab edilən "Threads" şəbəkəsini istifadəyə verdi. Sosial şəbəkə o qədər maraqla qarşılandı ki, ilk 7 saat ərzində 10 milyon istifadəçi topladı. Xəbər verilir ki, amma "Threads"in ulduzunun parlamağı ilə sönməyi bir oldu. Son həftələr sosial şəbəkənin istifadəçilərinin sayında ciddi azalma müşahidə edilir. İKT üzrə ekspert Samir Mehdiyev aztv-yə bildirib ki, geriləmənin səbəbi şəbə
Avqusutun 1-dən "İraq Hava Yolları" şirkəti Kərkük-Bakı-Kərkük istiqamətində birbaşa uçuşlara başlayacaq. Xəbər verilir ki, bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tvitter hesabında bildirib. “Daha sonra Bakıdan Bağdada, Ərbilə və Bəsrə şəhərlərinə uçuşlar həyata keçiriləcək", - deyə o qeyd edib.
Tvitter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb. Xəbər verilir ki, bu barədə o, Tvitter sosial səhifəsində məlumat verib. "Tezliklə biz Tvitter brendi ilə və tədricən bütün “quşlar”la vidalaşacağıq”, - Mask bildirib. O, həmçinin Tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin dizaynın son variantı hələ razı
Reklam gəlirlərinin təxminən 50 % azalması və İlon Maskın gözləntilərinə uyğun olmayan ağır borc yükü səbəbindən tviterin pul axını mənfi olaraq qalır. Xəbər verilir ki, bu barədə "Reuters"in məlumatında deyilir. Minlərlə işçini ixtisar etdikdən və bulud xidmətlərinə xərcləri azaltdıqdan sonra yeni sahib şirkətin qeyri-borc xərclərini 2023-cü ildə proqnozlaşdırılan 4,5 milyard dollardan 1,5 milyard dollara endirdiyini söylə
Moldova Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır. Xəbər verilir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Tvitter səhifəsində yazıb. “Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona tə
İlon Mask Tvitter şəbəkəsində paylaşımların görünməsini məhdudlaşdırıb. Xəbər verilir ki, təsdiqlənmiş istifadəçilər gün ərzində 6 min, təsdiqlənməmiş istifadəçilər isə 600 mesaj görə bilərlər, yeni təsdiqlənməmiş istifadəçilər üçün limit 300-dür. Bu, müvəqqəti məhdudiyyətdir. Maskın açıqlamasına görə, bu cür məhdudiyyətlər məlumatların toplanması və sistemin manipulyasiya edilməsinə
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada yaranmış vəziyyətə münasibət bildirib. Xəbər verilir ki, Şarl Mişel tvitterdəki paylaşımında "Vaqner"lə Rusiya hökuməti arasında yaranmış qarşıdurmanı bu ölkənin daxili məsələsi kimi dəyərləndirib: "Rusiyada baş verənləri diqqətlə izləyirik. Avropa liderləri və G7 tərəfdaşları ilə təmasdayıq. Bu, tamamilə Rusiyanın daxili məsələsidir. Bizim Ukraynaya və
Avropa Birliyi (AB) Ukraynaya növbəti makromaliyyə yardım paketini köçürür. Xəbər verilir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Tvitter hesabında məlumat yayıb. “Bu gün biz Ukraynaya daha 1,5 milyard avro makromaliyyə yardımı ayırırıq. Biz Ukraynanın azadlıq uğrunda cəsarətli mübarizəsində onun xidmətlərini və infrastrukturunu ayaqda saxlamağa kömək edirik. AB ən azı 2027-ci ilə qədər Ukraynaya maliyyə
Türkiyənin müdafiə sənayesində yerli və milli texnologiyalarla "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) Küveytə ixrac edilib. Xəbər verilir ki, bununla da Küveyt "Bayraktar TB2"nin ixrac edildiyi 30-cu ölkə olub. Şirkət PUA-ların ixracı üçün Küveyt Dövləti ilə müqavilə prosesinin uğurla başa çatdığını bildirib. "Milli PUA 2019-cu ildə səhra şəraitində 27 saat 3 dəqiqə havada qalaraq ən uzun uçuş müddəti