Cümə axşamı, 02 May

Axtarış

Turan” üzrə 176 nəticə tapıldı

03.05.2021 - 19:42

Erməni qüvvələr Qarabağdan çıxarılır?

Son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikiləri videogörüntülər yayılıb. Kadrlarda Xandəndidən çıxarılan erməni ordusunun kolonu görünür. Ağır texnika kolonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda  KAMAZ kolonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur. Hərbçilərin şərhlərinə görə, Ermənistan Silahlı Qüvvələri


03.05.2021 - 10:58

Lavrovun Bakı səfərinin pərdəarxası

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana işgüzar səfər edəcək. Xəbər verilir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Mayın 5-6-da isə o, İrəvana yollanacaq. Sergey Lavrov Azərbaycana nə üçün səfər edəcək? Bu səfər Azərbaycana nə və


01.05.2021 - 12:52

 İcra başçısı təyin olunan gündən orda “at oynadır”, insanlara qan uddurur- Xalq artisti

“Şəkmir rayonunda bir neçə dostum var və onlarla da söhbət etmişəm. Alimpaşa Məmmədov Şəmkirə icra başçısı təyin olunan gündən orda “at oynadır”, insanlara qan uddurur. Yenə də Allah həbsdə olanların qapısını açsın” Xəbər verilir ki, bunu  açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti hələ də vəzifələrdə korrupsioner icra başçılarının “at oynatdığını” bildirib: “Alimapşa Məmmədov


29.04.2021 - 13:15

Eldar mahmudovun "dövlət çevirilişi" əməliyyatı - Təfərrüatlar

Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna qədəm basandan sonra səs-küylü və qondarma cinayət işləri adi hala çevirildi. “Mahmudovçu”ların “istintaq” adı altında törətdiyi cinayətlərin əksəriyyəti bu gün də araşdırılmamış qalıb. Müsahibimiz Səid Dadaşbəylidir. Eldar Mahmudovun istintaqçıları 2007-ci ilin yanvarında onu və 14 gənci həbs edib, ictimiyyətə “terrorçu qrup”un ifşası haqda rəsmi mə


21.04.2021 - 13:18

"28 gün müddətində hər yer bağlanmalıdır" - VİDEO

“Koronavirusla mübarizənin ən effektiv yolu kütləvi qapanmalardır. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılmalar olmalıdır”. Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, Çindən başqa dünyanın heç bir ölkəsi bu qaydanı tətbiq edə bilmədi: “Müxtəlif səbəblərdən biz birmənalı olaraq kütləvi


19.04.2021 - 12:37

“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?”

“Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın”. Xəbər verilir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da “Turan” Agentliyinə açıqlamasında deyib. O, bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır. Komitə üzvü vurğulayıb ki,


17.04.2021 - 19:16

"Turan Tovuz"un təklifindən imtina etdi, Nepalda ay yarıma 3 min dollar qazanacaq 

Nurlan Novruzov karyerasını Nepalda davam etdirəcək. 28 yaşlı hücumçu bu ölkənin “Maçxindira” klubu ilə anlaşıb. “Bakı”nın yetirməsi olan, ölkəmizdə “Sumqayıt”, “Səbail” və “Zirə”də çıxış edən futbolçu ilə yeni komandasından, müqavilənin şərtlərindən və gələcək karyerasından danışdıq. - Xeyirli olsun, sən hara, Nepal çempionatı hara? - Estoniyada çıxış edəndə koreyalı menecer bizə oyunçu gətirmişdi. Həmin müddətdə ö


15.04.2021 - 13:52

“Qulaq as, sən onlara çatdır ki, Ermənistanı da dirçəltməyə hazıram” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb. Bildirib ki, vaxtilə İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif etmişdi. “Mən əlbətdə, prezident olmayanda İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda bir çox yaxşı şeylər danışacam. Onun


08.04.2021 - 19:20

“Dövlətin içində ikinci bir hakimiyyət olub...” - “Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin iki Baş İdarəsinin sabiq rəisinin həbsi ətrafında müzakirələr davam edir. Bu həbslərin Eldar Mahmudova qədər uzana biləcəyi də ehtimal olunur. Sözügedən şəxslərdən əvvəl isə orduda yüksək postlar tutan generalların bəziləri vəzfələrindən azad edilib, hətta onlardan biri həbs olunub. Burada da həbslərin davam etməsi istisna olunmur. Eyni zamanda,


08.04.2021 - 13:56

Bakı və Tbilisidə biletlərin qiymətində kəskin fərq-Rüfət Quliyevdən açıqlama 

Koronavirus pandemiyası beynəlxalq uçuşlara çox ciddi mənfi təsir göstərdi. Amma bir çox ölkələr məhdud sayda uçuşları bərpa edib. Artıq Azərbaycandan Türkiyəyə və geri, demək olar ki, hər gün uçmaq olar. Aprelin 1-dən isə Azərbaycandan Türkiyəyə hətta yeni nəsil şəxsiyyət vəsiqəsi ilə da getmək mümkündür. Lakin sosial şəbəkələr istifadəçiləri gileylənir ki,


08.04.2021 - 10:56

Azərbaycanda işıq pulu artırıldı ?

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət


07.04.2021 - 11:12

Hacıbala Abutalıbov işdən çıxarılandan sonra Fəxri Xiyabana getmir

“Niyə Hacıbala Abutalıbov indiyə kimi həbs olunub, cəzalandırılmır?! Niyə onun ətrafındakı xırda balıqları tuturlar, amma əjdaha, köpək balığı başda dayanıb və ona dəymirlər?!” Bu sözləri  Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov haqqında danışarkən deyib. Rejissor onun məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib: “Hacıbala Abutalıbov mənə illə


Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15