Cümə axşamı, 16 May

Axtarış

Səudiyyə” üzrə 171 nəticə tapıldı

26.11.2022 - 19:21

DÇ-2022: Polşa millisi Səudiyyə Ərəbistanını məğlub edib - YENİLƏNİR + VİDEO

Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub. Bu qələbədə


26.11.2022 - 09:30

Səudiyyəli futbolçulara Argentina üzərində qələbəyə görə “Rolls Royce” hədiyyə edilib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Qətərdə keçirilən dünya çempionatında argentinalılar üzərində qələbəyə görə milli komandanın hər bir oyunçusuna “Rolls Royce Phantom” avtomobili hədiyyə edib. Məlumata görə, Səudiyyə Ərəbistanı millisinin oyunçuları belə bir hədiyyəni ağlasığmaz adlandırıblar. Belə ki, 2022-ci ildə buraxılan “Phantom” modelinin qiyməti 460-550 min dollar


25.11.2022 - 15:13

Ukrayna kəşfiyyatı Krımda əməliyyat keçirdi – İranlı hərbi təlimatçılar öldürüldü

Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya hərbçilərinə “Şahed-136” kamikadze dronlarının idarə olunmasını öyrədən İran təlimatçılarının Krımda öldürüldüklərini təsdiq edib. Xəbər verilir ki, bunu Britaniyanın The Guardian qəzeti yazıb. Danilovun sözlərinə görə işğal olunmuş Ukrayna torpaqlarında Rusiyanın müdaxiləsini dəstəkləyən başqa iranlılar da hədə


25.11.2022 - 09:00

Məkkədə leysan: 2 nəfər öldü

Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb. Xəbər verilir ki, bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb. Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan


22.11.2022 - 10:19

Messidən dünya çempionatındakı iştirakı ilə bağlı açıqlama

Qətərdəki dünya çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq. Futbolçu bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında danışıb. “Əlbəttə, bu mənim son dünya çempionatımdır, onu qazanmaq üçün son şansımdır. Mənim və ümumi arzumuzu həyata keçirmək üçün son şansdır. Bunun karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən


18.11.2022 - 12:25

Ronaldo: “Yazırlar ki, heç kimə lazım deyiləm...“

"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo özünə gələn transfer təklifləri barədə danışıb.  Xəbər verilir ki, 37 yaşlı hücumçuya təklif göndərdiklərini açıqlayan yeganə klub "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) olub. Ronalda isə bu haqda  deyib:  “Bəli, çox böyük təklif var idi, bu, doğrudur. Amma mətbuatda hər cür cəfəngiyyat yazırlar ki, məni heç kim istəmir. Bu, qə


18.11.2022 - 09:21

İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi - SİYAHI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Xəbər verilir ki, özünü Qafqazda “demokratiya brilliantı” adlandıran Ermənistan qətnaməyə qarşı çıxıb. İranda insan haqlarının vəziyyətilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla


12.11.2022 - 20:22

İranın hakim elitası parçalanır – ŞƏRH

İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir. Günbəgün artan və genişlənən aksiyaların hədəfi də artıq dəqiqləşib - mövcud molla idarəçilik rejimi. Etirazçılar sistem daxilində siyasi islahat tələb etmir, qəti şəkildə teokratik rejimin getməsini istəyir. Aksiyalar rejimin ən qatı tərəfdarı olan Qum və Məşhəd kimi şəhərləri də əhatə edib. Aksiyalar başlayandan yüzlərlə


06.11.2022 - 12:17

ABŞ İrana döyüş təyyarələrini göndərir

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-ın İrana döyüş təyyarələri göndərdiyi bildirilir.  Məlumata görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib. ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İ


02.11.2022 - 13:58

Peskov İranın Ərəbistana hücumu barədə danışdı

"Kreml İranın Səudiyyə Ərəbistanına və digər ölkələrə mümkün hücumu barədə məlumatlara malik deyil". Xəbər verilir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov ABŞ mediasının xəbərini şərh edərkən deyib: “Düzünü desəm, bizdə belə bir məlumat yoxdur və bu fərziyyələrin haradan qaynaqlandığını da bilmirik”. Xatırladaq ki, "The Wall Street Journal" İranın Səudiyyə Ərəbistanına hücum edə


25.10.2022 - 10:23

Səudiyyə Ərəbistanında tikilən “Ağıllı şəhər”in yeni videogörüntüləri nümayiş olundu - VİDEO

Səudiyyə Ərəbistanının tikintisinə başladığı “The Line” (“Xətlər”) şəhərinin yeni videogörüntüləri yayılıb. Görüntülərdə şəhərin tikintisinə necə başlandığı əks olunur. Belə ki, 170 kilometr uzunluğunda olacaq şəhərdə 9 milyon insanın yaşaması nəzərdə tutulur. “Ağıllı şəhər” hündürlüyü 500 metrə qədər olan “divardan” ibarət olacaq. Həmçinin şəhərdə  avtomobillər olmayacaq.


16.10.2022 - 11:44

Səudiyyə Ərəbistanı Ukraynaya humanitar yardım göndərəcək

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib. Xəbər verilir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib. Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00