Cümə axşamı, 16 May

Axtarış

Sabah” üzrə 796 nəticə tapıldı

11.03.2024 - 17:32

“28 May”ın qarşısına avtomobillərin girişi niyə qadağan edildi?

Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat


11.03.2024 - 09:16

Sabahdan “28 May”ın qarşısına maşınlar buraxılmayacaq

“Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq”.  Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq”.


10.03.2024 - 21:40

Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə saat 18:57-dədir. Martın 11-i üçün namaz vaxtları: Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:  “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.


10.03.2024 - 09:16

Ramazanın ilk günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Xəbər verilir ki, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bə


09.03.2024 - 11:04

Sabah hava bu insanlarda narahatlıq yaradacaq 

Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər.  Məlumata görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər. 


09.03.2024 - 09:29

Premyer Liqa: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Məlumata görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək. Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb. Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala


04.03.2024 - 20:04

Sabah bu ərazidə qaz olmayacaq

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İB-dən bildirilib. Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqə


04.03.2024 - 10:01

Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometerologiya Xidməti fevralın 5-nə Azərbaycanda gözlənilən hava şəraitinə dair proqnozu açıqlayıb. Xəbər verilir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi


03.03.2024 - 14:18

Premyer Liqa: Bu gün "Neftçi" - "Qarabağ" oyunu baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. Son olaraq iki oyun gerçəkləşəcək. Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb. Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "


02.03.2024 - 20:58

Sabah 12° isti olacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət


02.03.2024 - 15:50

“Sabah”ın yeni baş məşqçisi bəlli oldu

“Sabah”ın yeni baş məşqçisi məlum olub. Xəbər verirlir ki, Bakı klubuna Krunoslav Renduliç başçılıq edəcək. İddiaya görə, xorvatiyalı mütəxəssisin qarşısına Premyer Liqada ən azı üçüncü yeri tutmaq tələbi qoyulub. Onun son klubu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə çıxardığı Bosniya “Zrinski”si olub. Qeyd edək ki, ötən ay rusiyalı mütəxəssis Murad Musayev “Sabah”ın baş məşqçisi postunu tərk edib


28.02.2024 - 08:57

İcra başçısı tanınmış aparıcı ilə evlənir - FOTO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toy mərasimi baş tutacaq. Xəbər verilir ki, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək. Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00