Bazar, 19 May

Axtarış

Saat” üzrə 3894 nəticə tapıldı

23.04.2021 - 13:17

Nazir məktəbin yanında qanunsuz göydələn tikir - VİDEO
 

Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib. Xəbər verilir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılmışdı. Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə


23.04.2021 - 12:55

“Allaha dua etməklə iş bitmir, pul lazımdır“ - Aybəniz Haşımova
 

Əməkdar artist Aybəniz Haşımovanın müsahibəsi: - Aybəniz xanım, bəzi müğənnilər pandemiya dövründə Rusiya toy bazarına daxil olan həmkarlarını qınamağa başlayıblar. Siz bu barədə nə düşünürsünüz? - Bir insan ailəsini saxlamaq üçün nə etməlidir? Əgər onun bacarığı varsa, yaxşı müğənnidirsə, xalq onu tələb edirsə, niyə gedib Rusiyada oxumasın ki? Bəs o müğənni ailəsini nə ilə dolandı


22.04.2021 - 13:58

Azərbaycanlı gimnast ABŞ-da birinci oldu

ABŞ-da yaşayan 11 yaşlı azərbaycanlı bədii gimnast Məryəm Mustafayeva Nevada ştatındakı yarışda qızıl medal qazanıb. Bu barədə  M.Mustafayevanın anası Nataşa Mustafayeva məlumat verib. N.Mustafayeva bildirib ki, qızı 4 mərhələdən ibarət "Rhythmic Divas Invitational Las Vegas Competition 2021" turnirində növbəti mərhələyə vəsiqə qazanıb. O, M.Mustafayevanın 4 yaşından gimnastika ilə məşğul olduğunu və qısa vaxt ərzində böyük


22.04.2021 - 13:36

Ucarda dəhşətli qətl: Ata kiçik oğlunun toyunda böyük oğlu tərəfindən öldürüldü

Ucar rayonunda atasını öldürməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Əhliman Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Əhliman Abbasov ötən il iyulun 10-da, gecə saat 01 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evinin həyətyanı sahəsində keçirilməklə başa çatmış şənlik tədbirindən sonra evin hə


21.04.2021 - 12:35

Prezidentin çıxışından sonra Paşinyan Zəngəzura getdi - Ermənilər təşviş içində

Ermənistan baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur-red.) gizli səfər edib. Xəbər verilir ki , bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Paşinyanla yanaşı ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə olub. "Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş iç


21.04.2021 - 09:15

Metronun fəaliyyəti ilə bağlı AÇIQLAMA

Koronavirusla bağlı tətbiq olunan karantin rejimi səbəbindən Bakı metrosu uzun müddətdir fəaliyyət göstərmir. Bu səbəbdən sərnişin daşımaları bütünlüklə avtobusların üzərinə düşüb. Nəticədə günün pik saatlarında avtobus daynacaqlarında və avtobuslarda sıxlıq yaşanır, heç bir sosial məsafə gözlənilmir. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında


20.04.2021 - 14:39

"Arvadım dedi, daha evə gəlməyəcəm..." – Bakıda dəhşətli ailə dramı

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mirhəbib arvadı Laləni qısqanclıq zəminində bıçaqlayıb. Verilən xəbərə görə, Mirhəbib arvadına 3 bıçaq zərbəsi vurub. Lalə vaxtında xəstəxanaya aparıldığıdan ona ixtisaslı tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Mirhəbibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığ


20.04.2021 - 13:21

Deputatın qardaşı oğlu hansı cinayətlərdə ittiham olunub ? — Özəl dosye

Deputat Əhliman Əmiraslanovun dələduzluqda ittiham olunan qardaşı oğlu, 1983-cü il təvəllüdlü Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Emil Əmiraslanov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz tanışı Xəqani vasitəsilə 2019-cu ilin oktyabr ayının ə


20.04.2021 - 12:55

Göyçayda Qarabağ qazisi intihar edib - Təfərrüatlar

Göyçay rayonunda intihar hadisəsi baş verib. Belə ki, rayonun Ləkçıplaq kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rəsul oğlu bu gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb. Hadisə zamanı digər ailə üzvləri evdə olmayıb.  Onun həyat yoldaşı bu gün Bakıda tələbə olan qızlarının yanına gedib. Kənd


19.04.2021 - 20:10

Azərbaycanda mayın 9-dan 16-dək avtobuslar işləməyəcək

9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib. Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.


19.04.2021 - 14:32

Yevlaxda dəhşətli hadisə: Ata oğlunun kiçik toyunda öldürüldü — Şok təfərrüat

Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Murad Hüseynov bacısı oğlu Nazim planlaşdırılan sünnət mərasimində iştirak etmək məqsədi ilə valideynləri, bibisi oğlanları ilə Bakı şəhərindən yeznəsin yaşadığı Yevlax şəhərinə gəlib. Orada olarkən yüngül dərəcə


19.04.2021 - 11:35

Hindistanda yoluxma sayı 15 milyonu keçdi

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 275 306 yeni yoluxma faktı qeydə alınıb. Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində müalicə alan 1 625 pasiyent vəfat edib. Qeyd edilib ki, ölkədə ümumi yoluxma hallarının sayı 15 057 767 nəfərə, ölüm hallarının sayı isə 178 793 nəfərə çatıb. Nazirlik hazırda 1,9 milyondan çox aktiv xəstənin müalicə aldığını açıqlayıb. Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanları


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41