Şənbə, 18 May

Axtarış

Roma” üzrə 275 nəticə tapıldı

14.08.2021 - 16:50

Xankəndi erməniləri silahlı nəzarətə götürüldü - Şəhərdən çıxış bağlandı

Erməni KİV-də yayılan son məlumata görə Xankəndi şəhərindən ermənilərin çıxışı qadağan olunub. Xəbər verilir ki, bu qərar qondarma rejimlə sülhməramlı missiyanın ortaq addımıdır. Əgər erməni tərəfinin yaydığı informasiyalara fikir vermisinizsə, Qarabağda qalmış bir iki qoca-quca erməni sülhməramlıların nəzarəti altında qədim Roma qulları kimi sahələrdə çalışdırılır. Bu hazırda sülhmə


09.08.2021 - 16:17

Narkotik aləminin “xaç anası” SAXLANILDI - FOTO

Italiyada "xaç anası" kimi tanınan və axtarışda olan 70 yaşlı Maria Licciardi saxlanılıb.  Xəbər verir ki, Neapol bölgəsində mafiya başçısı  olan qadın bu gün paytaxt Romada tutulub.  Belə ki, narkotik aləmində məşhur adlardan biri olan Maria  "Qanlı Məryəm" ləqəbi ilə də  tanınırdı. O, böyük qardaşı Gennaro həbsxanada öldükdən sonra mafiya ailəsinin başçısı olub.


09.08.2021 - 15:32

Stiven Kinqin yeni kitabı COVID-19 pandemiyası haqda olacaq

Amerika yazıçısı Stiven Kinq koronavirus haqqında kitab yazmaq istədiyini açıqlayıb. Bunun üçün o, 2020-ci illərin hadisələrindən istifadə etmək və bu hadisələrin özünü romanda necə göstərəcəyinə baxmaq istədiyini izah edib. Xəbər verilir ki, bu barədə King özü "The View” tok-şousunda məlumat verib. Stiven Kinq daha sonra əlavə edib ki, koronavirus haqqında 2021-ci il avqustun 3-də çıxan “Billi Sammers” detektiv romanında da bəhs edib. Romanın


09.08.2021 - 14:35

Roma papasına göndərilən məktubda güllələr tapıldı

İtaliyanın Milan şəhəri yaxınlığında poçt mərkəzində Roma papası I Fransiskə ünvanlanmış və içərisində üç güllə olan zərf aşkar edilib. Məlumata görə, zərfin içərisində, həmçinin Vatikanın maliyyə əməliyyatları ilə bağlı xəbərdarlıq yazısı yer alıb. Zərf İtaliya polisi tərəfindən müsadirə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır. İlkin məlumatlara əsasən, məktub Fransadan göndərilib.


08.08.2021 - 20:20

Messi bu futbol klubu ilə RAZILAŞDI

Hücumçu Lionel Messi PSJ ilə müqaviləsini razılaşdırıb. Xəbər verilir ki, bunu ESPN bildirib.  Məlumata əsasən, futbolçu bu axşam Parisə yollanacaq. Qarşıdakı günlər ərzində o, tibbi baxışdan keçərək Fransa klubu ilə “2+1” prinsipilə müqavilə imzalayacaq. İdman jurnalisti Fabrisio Romano da bu məlumatları təsdiqləyib. Onun sözlərinə görə, tərəflər arasındakı müqavilənin nüsxəsi artıq futbolçunun atası Xorxe Messiyə


04.08.2021 - 16:52

Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. Məlumata görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb. Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.


03.08.2021 - 15:34

Tokio-2020: Azərbaycan üçüncü medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb. Verilən məlumata görə, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib. Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və


02.08.2021 - 11:15

Tokio-2020: İki güləşçimiz uduzdu

Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Xəbər verilir ki, 77 kq. çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə,


02.08.2021 - 09:35

Güləşçilərimiz Olimpiyadada mübarizəyə başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Xəbər verilir ki, Olimpiyadanın 11-ci günündə 22 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının da üç idmançısı mübarizə aparacaq. Onlardan güllə atıcısı Ruslan Lunyov ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Bir gün əvvəlki birinci təsnifat mərhələsində uğursuz olan Lunyov əvvəlcə final mərhələsinə vəsiqə qazanmaq üçün atəş açacaq. İdmançımız Tokioda son şansında “altı


01.08.2021 - 17:18

Azərbaycanlı aktrisa özündə 6 yaş kiçik türk aktyora ərə gedir

Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, aktyor ailə arasında təşkil olunan axşam yeməyində Nəsrinə sürpriz evlilik təklifi edib. Azərbaycanlı aktrisa sevgilisinə "hə" cavabını verib. Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Onu da qeyd edək ki, 33 yaşlı Gökhan Alkan aktyorluq karyerası ərzində "Muhteşem Yüzyıl", "Herşey


29.07.2021 - 10:15

“Neftçi” Çempionlar Liqası ilə vidalaşdı

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib. Məlumata görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb. Lakin doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi”


26.07.2021 - 13:34

Üçüncü dünya müharibəsi bu tarixdə başlayacaq

ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akermanın üçüncü dünya müharibəsinin nə zaman və necə başlayacağı haqqında kitabları diqqət çəkib. Xəbər verilir ki, "2034: Növbəti dünya müharibəsi romanı" adlanan kitabda savaşın 2034-cü ildə başlayacağı bildirilib. Kitabda qeyd olunub ki, Üçüncü Dünya Müharibəsi 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacaq.  Bildirilib ki, sözügedən müharibəni qazanan tərə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41