Bazar, 19 May

Axtarış

Qəzza” üzrə 217 nəticə tapıldı

28.01.2024 - 12:14

ABŞ və ərəb ölkələri Mahmud Abbasın istefasını müzakirə edir

Amerikalı diplomatlar ərəb ölkələrinin, o cümlədən İordaniya, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ilə birlikdə Fələstin lideri 88 yaşlı Mahmud Abbasın istefasını müzakirə edirlər. Xəbər verilir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, münaqişə bitdikdən sonra Qəzza zolağına yeni lider rəhbərlik etməli olacaq: “Diplomatlar İsraili münaqişə sona çatdıqdan sonra


26.01.2024 - 19:20

Qəzza qurbanlarının sayı 26 mini ötdü

Qəzza zolağında öldürülənlərin sayı 26 mini keçib. Xəbər verilir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 26 min 83-ə çatıb.


26.01.2024 - 12:43

Qəzzada ölənlərin sayı artır

Qəzza zolağında ölənlərin sayı durmadan artır. Xəbər verilir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ölənlərin sayı 25 900 nəfərə, yaralı sayı isə 64 110 nəfərə çatıb. Məlumatda ölənlərin sayının artacağı istisna edilmir.


26.01.2024 - 10:27

Britaniya Qəzza sakinlərinə yardımı üç dəfə artırıb

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın həcmini üç dəfə artırıb. Xəbər verilir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. "Qəzza zolağındakı əzabların miqyası təsəvvür edilə bilməz. Bu çıxılmaz vəziyyətdə qalan insanlara kömək etmək üçün daha sürətli işlər görülməlidir. Qəzzaya yardımımızı üç dəfə artırdıq


23.01.2024 - 09:57

İsrail bu şərtlə iki aylıq atəşkəs təklif 

İsrail bütün girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edib. Xəbər verilir ki, bu barədə “Axios” portalı məlumat yayıb. “İsrail Qətər və Misir vasitəçiləri vasitəsilə HƏMAS-a Qəzzada saxlanılan bütün girovların azad edilməsini nəzərdə tutan çoxmərhələli razılaşmanın bir hissəsi kimi hərbi əməliyyatlarda iki aylıq fasilə


21.01.2024 - 12:06

Qəzza zolağında ölənlərin sayı 25 mini keçib

İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25,1 min nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumaqt yayıb. Məlumata görə, ötən il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları zamanı  ölənlərin sayı 25 105-ə yüksəlib, 62 681 fələstinli isə yaralanıb.


21.01.2024 - 09:02

İsraildə Qəzzada hərbi əməliyyatlara etiraz aksiyası keçirildi

İsrailin Hayfa şəhərində Qəzza zolağında müharibəyə qarşı 300-ə yaxın adamın toplaşdığı mitinq keçirilib.  Xəbər verilir ki, bu barədə yerli “The Times of Israel” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, bu, 2023-cü il oktyabrın 7-də Fələstinin Həmas hərəkatının hücumundan sonra İsrailin Şimal dairəsində ilk belə nümayişdir. Bildirilib ki, əvvəlcə təşkilatçılara mitinqin keçirilməsinə icazə verilməsə


20.01.2024 - 21:23

İtaliya İsrailə silah tədarükünü dayandırdı

Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb. Xəbər verilir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib. “Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, - Tayani vurğulayıb.


20.01.2024 - 14:26

"İsrail müharibəni uduza bilər" - Keçmiş MOSSAD rəhbəri

"Qəzzadakı müharibə 136 məhbusun ölümü ilə nəticələnərsə, İsrail müharibəni uduza bilər". Xəbər verilir ki, bunu MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo bildirib. Ətraflı Pardo, Baş nazir Benyamin Netanyahuya xəbərdarlıq edib:"Əgər əsirlərdən ümidini üzübsə, bunu ictimaiyyət qarşısında açıq şəkildə deməlidir. Dövlət öz vətəndaşlarını qurban vermək və onlara xəyanət etmək səhvini düzə


18.01.2024 - 20:26

İsrail Prezidenti bunu müharibənin “həlli” adlandırdı

“Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi Qəzzada müharibədən çıxmaq üçün açardır”. Xəbər verilir ki, bunu İsrail Prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində təşkil edilən sayca 54-cü Dünya İqtisadi Forumunda (DİF) etdiyi çıxışı zamanı deyib. Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada müharibədən çıxmaq və Tel-Əviv administrasiyası üçün yeni üfüq açmaq üçün açardır: “Ər-Riyad administrasiyası ilə normallaşma hələ hə


17.01.2024 - 18:20

Qəzzada ölənlərin son sayı açıqlandı

Ötən ilin oktyabrından bəri Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb. Xəbər verilir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 163 nəfər həyatını itirib, 305 nəfər  xəsarət alıb. Bununla da indiyədək ölənlərin sayı 24 min 448 nəfərə çatıb. 61 min 504 nəfərdən çox insanın isə yaralandığı qeyd olunub. Açıqlamada, hə


17.01.2024 - 08:47

ABŞ Yəmənə zərbələr endirib

ABŞ ordusu Yəməndə husi üsyançılarının nəzarətində olan ərazilərdəki dörd gəmi əleyhinə ballistik raketi məhv etmək üçün Yəmən ərazisinə zərbələr endirib. Xəbər verilir  ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41