Şənbə, 18 May

Axtarış

Qəza” üzrə 691 nəticə tapıldı

02.10.2023 - 19:18

Hindli milyarder təyyarə qəzasında öldü

Hindistanlı milyarder iş adamı Harpal Randhava Zimbabvedə təyyarə qəzası nəticəsində ölüb. Xəbər verilir ki, Hindistan mətbuatında çıxan məlumata görə, hindistanlı milyarder iş adamlarından Harpal Randhava Afrika ölkəsi Zimbabvedə təyyarə qəzası nəticəsində dünyasını dəyişib. Qəza nəticəsində Randhava və oğlu da daxil olmaqla ümumilikdə 6 nəfər ölüb. Hindli Miyarder Zimbabvenin RioZim bölgəsində qızıl, kömür, nikel və sink çıxaran mə


02.10.2023 - 16:40

Azərbaycanda mikroavtobus minik maşını ilə toqquşdu - YARALANANLAR VAR

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb. Xəbər verilir ki, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindəqeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub. Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991 - ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kə


30.09.2023 - 10:02

"Mercedes" "Shagman"la toqquşdu: 2 nəfər ölüb - FOTO - YENİLƏNİB

Hacıqabulda yol qəzası nəticəsində xəsarət alan sərnişin Mahir Kərimov dünyasını dəyişib. ***18:59 Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, digəri ağır xəsarət alıb. Xəbər verilir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb. "Mercedes" markalı avtomobil "Shagman" markalı yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerində ölüb, digər yaralı Şirvan Şəhər Mərkəzi


26.09.2023 - 17:21

DYP sərnişindaşıma ilə məşğul olanlara müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib. Məlumata görə, müraciətdə deyilir: “Yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücülərinin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə edilir. Belə ki, cari ilin 8


21.09.2023 - 09:00

Cənubi Koreyada qırıcı təyyarə qəzaya uğradı

Cənubi Koreyaya məxsus KF-16 qırıcı təyyarəsi Seuldan 120 km cənub-qərbdə yerləşən Seosan şəhərində qəzaya uğrayıb.  Xəbər verilir ki, hadisə sentyabrın 21-də səhər saatlarında qırıcının bazadan havaya qalxmasından dərhal sonra baş verib.  Qeyd olunub ki, pilot son anda xilas ola bilib. Dinc əhali arasında itkilər barədə məlumat verilmir.  


20.09.2023 - 14:15

9 aylıq hamilə FACİƏLİ şəkildə öldü

Rusiyada hamilə qız maralın iştirakı ilə baş verən yol qəzasında ölüb. Xəbər verilir ki, hadisə Perm vilayətində baş verib. Avtomobil qəfil yola çıxan marala vurub. Nəticədə maşın sürüşərək çuxura aşıb. Hadisə nəticəsində 24 yaşlı sərnişin dünyasını dəyişib. Polis onun 9 aylıq hamilə olduğunu bildirib.


20.09.2023 - 13:33

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Voronej vilayətində baş verən qəza planlı təlim uçuşu zamanı baş verib. “Təyyarənin iki nəfərdən ibarət ekipajı katapult edib. Onlar aerodroma təxliyə ediliblər. Onların sağlamlığına təhlükə yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib. Bildirilir ki, təyyarə əhalinin məskunlaşdığı ərazilərdən uzaqda qə


19.09.2023 - 12:27

Minanı yeni tunel yoluna qoyublarmış - Rəsmi

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavəndə polis əməkdaşlarının qəzada həlak olması və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnən terror hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gü


19.09.2023 - 11:45

Ötən gecə şəhid olan 7 polisimizin FOTOSU

Məlum olduğu kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb. Xəbər verilir ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan bir qədər sonra Xocavənd rayonunun


19.09.2023 - 09:40

Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular

Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.


18.09.2023 - 12:18

Xəzər dənizi üzərindən uçan təyyarə təcili eniş etdi

Yekaterinburqa uçan "Red Wings" aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi təcili eniş edib.  Xəbər verilir ki, sərnişin təyyarəsi Xəzər dənizi üzərində uçarkən sağ mühərrikində nasazlıq yaranıb.  Antalyadan havaya qalxan təyyarə məlumatdan sonra 7,6 min metr hündürlüyə düşüb. Pilotlar qəza siqnalı verməyiblər. Təyyarə Qazaxıstanın Aktob aerodromuna təhlükəsiz enib.


18.09.2023 - 10:43

Bakıda yol polisi ölümdən döndü - Video

Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib. Xəbər verilir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub. Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41