Şənbə, 18 May

Axtarış

MDB” üzrə 125 nəticə tapıldı

23.05.2023 - 15:28

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: “Həkim töhmət alıb, amma işdən çıxmayıb” - YENİLƏNİB + FOTO

“19 yaşlı Ləman Məmmədova xəstəxanamıza kəskin apendisit ağrıları ilə müraciət edib. Burada müayinə dərinləşdirilməmiş aparılıb. Sonradan müəyyən olunub ki, o, nadir rast gəlinən genetik xəstəlikdən əziyyət çəkir”. Bu fikirləri Goranboy Rayon Mərkəzi Xəstəxanasında iki dəfə əməliyyat edilən 19 yaşlı Ləman Məmmədovanın həkim səhvi ucbatından iflic hala düşməsi


15.05.2023 - 18:44

Moldova MDB-dən çıxış üçün daha bir addım atır

Moldova parlamentinin sədri İqor Qrossu ölkənin MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxması proseduruna başlamaq barədə qərar qəbul edib. Xəbər verilir ki, bu barədə spiker brifinq zamanı bildirib: “Mən Moldova Respublikasının MDB Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim”. O, MDB strukturlarını Moldova üçün “yararsız” adlandırıb. Rəsminin sözlərinə görə, bu qərarı o, ölkə vətəndaş


13.05.2023 - 16:53

"Rusiya müharibəni uduzsa, Ermənistanın başına nə gələcəyini bilmirəm" - Paşinyan

“Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm”. Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan başçılıq etdiyi hakim Mülki Müqavilə Partiyasının toplantısında bildirib. İclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat


13.04.2023 - 20:49

ANAMA: “Laçında baş vermiş mina hadisəsi yaşayış evinin girişində olub” - FOTO

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb: “ANAMA-nın apardığı araşdırma zamanı hadisə


01.04.2023 - 19:15

Putin dərmanlardan istifadə edir

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) keçmiş professoru Valeri Solovey Rusiya prezidenti Vladimir Putinin güclü stimullaşdırıcı dərmanlardan istifadə etdiyini iddia edir.  Xəbər verilir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Soloveyin sözlərinə görə, stimullaşdırıcılar Rusiya Federasiyasının prezidentinə ictimai çıxış zamanı fiziki sağlamlığını və enerjisini saxlamağa kömək edir. Qeyd olunur ki, dərman ona ictimaiyyət qarşısında


28.03.2023 - 09:00

Ekvadorda torpaq onlarla insanı “uddu” - FOTO

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb. Bu barədə bazar ertəsi ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb. Məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib, 23 nəfər yaralanıb. Daha əvvəl 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı. Ümumilikdə təbii fəlakət zonasında 500


22.03.2023 - 21:16

Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə saat 19:09-dadır.  Martın 23-ü üçün namaz vaxtları: Sübh azanı 05:19 Zöhr azanı 12:47 Əsr azanı 17:07 Məğrib azanı 19:09 İşa azanı 20:11 Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb


10.03.2023 - 15:41

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq

Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib. Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək. Rəsmi məlumata görə, sərnişinlər Bakıdan


24.02.2023 - 15:37

Özbəkistan prezidentinin təşəbbüsü ilə Füzulidə tikilən məktəb nə vaxt istifadəyə veriləcək? - FOTO

Erməni işğalından azad olunan Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası yeni tədris ilində istifadəyə veriləcək. Xəbər verilir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan regionlararası forumunda deyib. O qeyd edib ki, bu təhsil ocağı Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.  


16.02.2023 - 09:00

Elvis Preslinin 40 il səhrada dayanan təyyarəsi satıldı - FOTO

Elvis Preslinin 1970-ci illərdə, ölümündən bir müddət əvvəl uçduğu dəbdəbəli şəxsi təyyarəsi hərracda satılıb. Qırx ilə yaxındır ki, təyyarə səhrada boş dayanıb. “1962 Lockheed 1329 Jetstar” üçün başlanğıc təklif 100 min dollar olub, lakin yekun qiymət 260 min dollar təşkil edib. Telefonla təklif verən alıcı anonim qalmaq istəyib. Qeyd edək ki, təyyarə 1976-cı ilin dekabrında Elvisin ölümündə


04.02.2023 - 17:13

Əhali arasında NARAHATLIQ - Kommunal xidmətlərin də qiyməti artacaq?

"Enerji resursları ilə zəngin ölkəmizdə tariflər yenidən yüksəldilərsə, bu, dövlətimiz adına utancverici qərar olar" - Vüsalə Əhmədova Fevralın 3-dən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minib. Belə ki, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub. Əhali isə bundan sonra digər xidmətlərin də bahalaşacağından narahatdır. Bə


25.01.2023 - 17:00

Qiyməti özündən acı: Soğan niyə bahalaşıb?

Son günlər Azərbaycanda soğanın qiyməti mövsüm üçün xarakterik olmayan həddə yüksəlib. İstehlakçılar soğanın bir kiloqlamını bazar və pərakəndə satış obyektlərindən 0,90 manatdan 1,30 manata qədər dəyişən qiymət aralığında alırlar. Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın topdan satış qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə maksimal həddə - bir kiloqramı 0.70 manata


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41