Çərşənbə, 15 May

Axtarış

Koronavirusa” üzrə 428 nəticə tapıldı

09.02.2024 - 16:45

Qazaxıstana maska rejimi qayıdır

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması ilə bağlı səhiyyə müəssisələrində personal və pasiyentlər üçün maska rejimi bərpa edilib. Xəbər verilir  ki, Qazaxıstanın baş dövlət sanitar həkimi Aycan Esmaqambetova qərar imzalayıb.  Bununla yanaşı, ölkədə əhalinin kütləvi toplaşdığı ərazilərdə, hava limanlarında, dəmir yolu vağzallarında, bazarlarda, ticarət və əyləncə mərkəzlərində, teatr və kinoteatrlarda, banklarda tibbi və yaxud parça maskadan istifadə


28.11.2023 - 12:10

Hülya Avşar koronavirusa yoluxdu

Türkiyəli müğənni və aktrisa Hülya Avşar koronavirusa yoluxub. Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, 60 yaşlı sənətçi müalicə almağa başladığı üçün bir müddət səhnədən uzaq qalacaq. 


06.10.2023 - 19:00

Yeni ştammın beş əsas simptomu açıqlanıb

“Yeni ştamm temperaturun artması olmadan baş verir. Xəstəlik əsasən beş simptomla özünü büruzə verir. İnsanları burun axması, asqırma, zəiflik, baş və boğaz ağrısı narahat edir”. Bunu virus infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi İnformasiya Mərkəzinin direktoru Georgi Vikulov bildirib. O qeyd edib ki, “Sputnik V” və “Sputnik Light” koronavirusa qarşı peyvəndləri bu gün çox da böyük anlam kəsb etmir. Buna görə də yeni “


01.09.2023 - 13:49

Koronavirusa yoluxma halları 63 faiz artıb - ÜST

COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ciddi xarakter daşımır, onun davranışı isə əvvəlcədən müəyyən edilə bilməz. Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib. O qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Avropada virusa yoluxanların xəstəxanaya yerləşdirilməsi halları artır. ÜST-nin eksperti bildirib: “Virus sakitləşməyib, onun Şimal və Cənub yarımkü


26.08.2023 - 10:33

ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb

Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır. Xəbər verilir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib. Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb: “Biz


14.08.2023 - 17:21

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son 1 həftə ərzində (7 - 13 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 8 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 7 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 2 olub. İndiyədək ölkədə ümumilikdə 832 044 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 738 nəfər müalicə


09.08.2023 - 14:36

Payızda COVID-ə yoluxanların sayı artacaq?

Dünya Səhiyyət Təşkilatının (DST) yaydığı hesabatında bildirilir ki, son 4 həftədə ümumən 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb. Xəbər verilir ki, infeksionist-hepatoloq Mərdan Əliyevin fikrincə,  koronavirusa yoluxma payız-qış mövsümündə yayılmaya meyilli olur. "Bunun əsas səbəbləri mövsümlə əlaqədar olaraq qapalı yerlərdə


18.06.2023 - 11:41

Azərbaycanda karantin rejimi niyə ləğv edilmir? - VİDEO

Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından aslıdır. Xəbər verilir ki, Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Lakin koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir və  xəstəlik mövcud olaraq qalmaqdadır. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib. TƏBİB rəsmisi bildirib ki, koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların


18.05.2023 - 14:30

Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı vaksin hazırladı

Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi laboratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır. Xəbər verilir ki, bu barədə trend-ə özəl açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib. O, qeyd edib ki, komandası


05.05.2023 - 20:05

"Pandemiya başlayandan ən azı 20 milyon insan COVID-19-dan ölüb" - ÜST

Pandemiya başlayan 2020-ci ildən bəri ən azı 20 milyon insanın COVID-19-dan öldüb. Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib.  Onun sözlərinə görə, rəsmi rəqəmlərə görə, 2020-ci ildən bəri təxminən 7 milyon insan koronavirusdan ölüb, lakin real rəqəmlər bundan qat-qat yüksəkdir. "Biz ən azı 20 milyon ölüdən danışırıq" deyə Ghebreyesus


05.05.2023 - 13:44

"Yeni Klinika”nın sabiq direktoru AZADLIĞA ÇIXDI

"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib. Xəbər verilir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar verib. Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 23 hissəsi başa çatıb. Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtı


10.04.2023 - 15:44

Son sutkada 7 nəfər koronavirusa yoluxdu

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada infeksiyaya 7 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 10 nəfər isə sağalıb. Sutka ərzində ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 830 367 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 670 nəfər müalicə olunaraq sağalıb, hazırda 500 aktiv xəstə


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00