Şənbə, 18 May

Axtarış

Hadisə” üzrə 4151 nəticə tapıldı

17.05.2024 - 13:01

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

Rusiyada avtomobillə qızları vuran azərbaycanlı həbs olunub. Xəbər verilir ki, hadisə bir müddət əvvəl Kalininqradda baş verib. Faiq adlı həmyerlimiz yolu keçən məktəbli qızları vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə ağır xəsarət alıb. Məhkəmənin qərarı ilə Faiq barəsində 4.5 il azadlıqdan məhrumetmə  cəzası təyin edilib.


17.05.2024 - 11:06

Hindistanda İldırım 12 nəfəri vurub öldürdü 

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində ildırım vurması nəticəsində azı 12 nəfər ölüb.  Xəbər verilir ki, bu barədə xarici KİV məlumat yayıb.  Qeyd olunub ki, hadisə əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda kəndində sakinlərin tarlalarda işlədiyi vaxtda qeydə alınıb.   Ölənlərdən əlavə, bir neçə nəfərin də yaralandığı deyilir. 


17.05.2024 - 09:26

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində qeydə alınıb. Ad və soyadı hələlik bilinməyən 15 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq canına qəsd edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.


16.05.2024 - 18:43

Estoniyada təlimlərdə ABŞ-li və britaniyalı desantlar xəsarət aldılar - VİDEO

NATO-nun Estoniyada keçirilən təlimi zamanı ABŞ və Böyük Britaniyadan olan bir qrup desant yaralanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, NATO ölkələrindən olan 250 paraşütçü Yarvamaa poliqonunda gözlənilməz problemlə üzləşib, güclü külək eniş zamanı onları bütün sahəyə səpələyib. Hadisə nəticəsində desantlar müxtəlif dərəcəli xəsarət alıblar. Onlar


16.05.2024 - 17:04

17 yaşında itən oğlan illər sonra tövlədə tapıldı - FOTO

Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan şəxs 27 ildən sonra qonşunun tövləsində tapılıb. Xəbər verilir ki, hadisə Celfe vilayətində qeydə alınıb.  17 yaşında yoxa çıxan və öldüyü güman edilən Ömər bin Omran 27 ildən sonra qonşusunun samanla dolu zirzəmisində sağ tapılıb. Əlcəzair polisi itkin düşən şəxsin illərlə zorla ot tayasında saxlandığını açıqlayıb. Faktla bağlı cinayət işi açılıb. 61 yaş


16.05.2024 - 13:05

Bakıda yolu keçən gənc qızı avtomobil vurub

Bakının Nərimanov rayonunda 26 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Xəbər verilir ki, 1998-ci il təvəllüdlü Məltəm Asif qızı Şahabbaslı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


16.05.2024 - 12:19

ABŞ-də dəhşətli qəza: Birmotorlu təyyarə havada parçalandı - FOTO/VİDEO

ABŞ-nin Tennessi ştatında birmotorlu təyyarə müəmmalı şəkildə havada parçalanıb. Bu barədə yerli mediada xəbər verilib. Bildirilir ki, “Beechcraft V35” təyyarəsi Luizianadan Kentukkiyə uçmalıymış, amma Franklin şəhəri yaxınlığında qəzaya uğrayıb. Faciə yerindən üç nəfərin cəsədi tapılıb. Meyitlər müxtəlif yerlərdə aşkarlandığından bunun ölənlərin dəqiq sayı olmadığı ehtimal edilib. Aviasiya mütəxəssisləri və hüquq-mühafizə


16.05.2024 - 10:07

“Ağ çiçəyim” bir gecədə belə kül oldu - Ürəkdağlayan FOTOLAR

Xəbər verdiyimiz kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ Çiçəyim" gül mağazası mayın 15-dən 16-na keçən gecə yanıb kül oldu.  Həmin mağazadan geriyə qalanlar ürək dağlayır.  Hadisə yerindən çəkilmiş fotoları tədim edirik: 


15.05.2024 - 09:14

23 yaşlı tələbə xəstəxanada dünyasını dəyişdi

Sumqayıt Dövlət Universitetinin tələbəsi xəstəxanada dünyasını dəyişib.  Xəbər verilir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, o bu gün vəfat edib.  Faktla bağlı araşdı


13.05.2024 - 16:42

İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub. Məlumata görə, hadisə 21 iyun 2023-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında baş verib. Belə ki, həmin gün Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüş zamanı 1976-cı


13.05.2024 - 13:05

May ayında baş verən anomal soyuqların səbəbləri açıqlanıb

Bu may, daha doğrusu onun ilk ongünlüyü Rusiyanın Avropa hissəsində meteoroloji müşahidələrin bütün tarixində ən soyuq ay olub. Xəbər verilir ki,  bunu, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib. O, bu dövrdə bölgəni Şimal Buzlu Okeanından soyuq hava kütlələrini cəlb edən huni ilə müqayisə edib. “Müxtəlif işarələrə malik iki mərkəz - Moskvanın qərbindəki antisiklon və


13.05.2024 - 11:30

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. Xəbər verilir ki, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib. Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız və


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41