Çərşənbə axşamı, 30 Aprel

Axtarış

Ermənistan” üzrə 2985 nəticə tapıldı

06.10.2022 - 10:19

İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb - Paşinyan

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. "Bunun müəllifləri Vardan Oskanyan və Robert Köçəryandır. Serj Sərkisyan və Edvard Nalbəndyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Köçəryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı", - N.Paş


06.10.2022 - 09:40

“Azərbaycan Ordusu Xankəndinə bu tarixdə girəcək” - 2025 gözlənməyə bilər!

Ermənistan Bakının sülh üçün “yol xəritəsi”ni  qəbul etməsə...; Qarabağda gözü qalan İrəvan Zəngəzuru da itirəcək; bu gün Praqada Ərdoğan Paşinyana “bəzi mətləbləri” başa salacaq, son xəbərdarlığını edəcək... Azərbaycan dövlətinin nəzarətindən müvəqqəti kənarda qalan Qarabağ anklavında separatçı tör-töküntülərin dövlətcik-dövlətcik oyunları davam edir. Ö


05.10.2022 - 20:29

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


05.10.2022 - 17:45

“Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" - Fransız senator - FOTO

“Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır”. Xəbər verilir ki, bunu fransız senator Pyer Lui öz tvitter bloqunda yazıb. O, Ermənistanın indiki durumu ilə bağlı həyasızcasına Azərbaycana böhtan atıb. “Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır . Azərbaycan demək olar ki, ümumbəşəri biganəlik qarşısında hücumları artırır. Bu “vəhşiliklər” qarşısı


05.10.2022 - 14:31

Ermənilərin verdiyi mina xəritələrinin dəqiqlik faizi AÇIQLANDI

Azad olunmuş ərazilərdə minalar çox ciddi humanitar təhdiddir, itkilər var. Xəbər verilir ki, bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. O bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: “Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqə


05.10.2022 - 09:20

“Sülh müqaviləsi 1 aya imzalanacaq...” - sensasion iddia

Erməni mediası da İrəvana ayrılan vaxt limitinin bitmək üzrə olduğunu yazıb; azərbaycanlı politoloq: “Zəngəzur dəhlizi öz aktuallığını itirəcək, əgər...” Azərbaycan və Ermənistan XİN başçıları arasında daha bir görüş reallaşdı. Cenevrədə baş tutan budəfəki təmasın ən mühüm özəlliyi şübhəsiz ki, tərəflərin ilk dəfə konkret sülh müqaviləsinin mətni ətrafında müzakirələr


04.10.2022 - 19:20

Akar Bakıdan İrəvana xəbərdarlıq etdi

Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir. Xəbər verilir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır. H.Akar Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa dilə


04.10.2022 - 12:02

Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq. Yüksək səviyyəli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 6-da Praqada reallaşacaq. Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrin aparılması planlaşdırılır. Ərdoğan Paşinyana üçüncü ölkələrin ərazisində deyil, ardıcıl olaraq Türkiyə və


04.10.2022 - 10:03

Kəlbəcər və Tovuzda mövqelərimiz atəşə tutuldu

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan


03.10.2022 - 18:55

Ermənilərin Zabux və Susdakı evlərdə quraşdırdığı tələ-minalar aşkarlandı - FOTO/VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib. Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə


03.10.2022 - 15:16

Türkiyə və Belarus da imtina etdi — Putinin ümidi yalnız bir ölkəyə qaldı

Prezident Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir. Xəbər verilir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir. Mərkəzin ekspertlərinin fikrincə, Rusiya liderinin bu yöndəki gözləntiləri özünü doğrultmur: “Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər


03.10.2022 - 10:02

Dəhşət budur: baxın, ermənilər meyiti necə təhqir edir...

Erməni mediası, siyasətçiləri, fəalları 5 erməni əsgərin güllələnməsini əks etdirən videodan Azərbaycana qarşı maksimum istifadə etmək üçün bütün gücünü işə salıb: Erməni ombudsmandan tutmuş nazirlərə, TŞ katibinə, hətta Paşinyana qədər, avropalı siyasətçilərlə yalnız bunu müzakirə etməklə məşğuldurlar. İş o yerə çatır ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bunu dəhşətli


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42