Bazar, 19 May

Axtarış

Beyləqan” üzrə 94 nəticə tapıldı

17.05.2022 - 16:36

Beyləqanda yanğın - Xəsarət alan var

Beyləqanda yanğın olub, xəsarət alan var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Yeni Mil qəsəbəsində həyətyanı sahədə 9 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən


23.04.2022 - 09:00

Bu gün buraxılış imtahanı keçiriləcək

Bu gün Bakının Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda 21337 şagirdin iştirakı gözlənilir. İ


12.04.2022 - 11:46

Buraxılış imtahanlarının VAXTI AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 23 və 24 aprel tarixlərində keçiriləcək buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, məlum olduğu kimi, aprelin 23-də Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində, aprelin 24-də isə Bakı şəhərinin


31.03.2022 - 14:10

Aprel ayında 30 dərəcəyədək isti olacaq - PROQNOZ

Aprel ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir.


19.03.2022 - 15:49

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Azərbaycanın bölgələrində bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Mərkəzi məlumat yayıb. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında martın 20-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20


09.02.2022 - 13:04

“Tərtər işi” ilə bağlı həbs edilənlər var - RƏSMİ

Baş Prokurorluq “Tərtər işi” barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələ


26.01.2022 - 12:07

Abşeronda dayı bacısı oğlunu güllələyib

Beyləqan sakini bacısı oğlunu güllələyib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən


08.01.2022 - 17:58

Sevgilisinin qətlini sifariş edən qadın hökmdən narazı qalıb

Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova barəsində olan hökmdən kassasiya şikayəti verib. Verilən məlumata görə, Ali Məhkəmədə keçiriləcək cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 24-nə təyin edilib. Kassasiya şikayəti hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırı


02.01.2022 - 14:55

Beyləqanda yanan evdən 2 yaşlı uşağın meyiti tapıldı

Beyləqan rayonunun Şəfəq qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.  Xəbər verilir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə


30.12.2021 - 11:45

Yanvarın hava PROQNOZU: Şaxta olacaq

Yanvar ayına gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayıdır. Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınmışdır.


20.12.2021 - 14:11

Təhsil Nazirliyində yeni idarələr yaradıldı - Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Xəbər verilir ki, Sərəncama əsasən, 1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası


02.12.2021 - 15:48

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb

Dekabrın 2-i saat 14:30-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağışın miqdarı Qusar-Ləzədə 45.0 mm, Qubada 24.0 mm (aylıq normanın 36%-i), Qusarda 24.0 mm (aylıq normanın 66%-i), Qrızda 24.0 mm (aylıq normanın 110%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 36%-i), Xınalıqda 18.0 mm (


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41